16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Rayon Psixiatriya Xəstəxanasına başçəkmə keçirilib
Sosial 5.01.2023 174



Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Rayon Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, tibbi yardımın təşkili vəziyyəti, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərin və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.
Başçəkmə zamanı xəstəxananın palatalarına, emalatxanaya, mətbəxə, yeməkxanalara, görüş otağına, ərzaq anbarına, sanitar qovşaqlara, gəzinti və idman meydançalarına baxış keçirilib. Nəticədə müəssisədə tibbi və yardımçı personalın sayının azlığı, sənədləşməyə aid çatışmazlıqlar müəyyən edilib.
Yekunda aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib, habelə psixiatriya müəssisələrində pasiyentlərin hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb. 
Mətbuat xidməti 







Starxeber Bizi instagramda izləyin