Gənclər və İdman Nazirliyinin əməkdaşları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bu gün Bakı şəhərində 3 saylı Uşaq Evini ziyarət ediblər. Burada uşaqlar üçün şənlik təşkil olunub, onlara nazirliyin idman təyinatlı hədiyyələri təqdim edilib.