14:42 Park Cinema-da “Evdə qalmış” filmi nümayiş olunacaq  |     14:30 FAO-nun Türkiyə və Azərbaycandakı Nümayəndəliyinin birgə fəaliyyəti çərçivəsində regional seminar baş tutub  |     23:36 CinemaPlus “Babylon” filmi ilə 20-ci illərə geri döndü - VİDEO - FOTO  |     23:10 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bəyanatı  |     12:18 Avropa Parlamentinin qəbul etdiyi qətnamə - dayanıqlı sülhün əldə olunmasına zərbədir  |     16:40 “CinemaPlus”da eksklüziv olaraq “49” türk filmi nümayiş olunacaq  |     18:31 Türkiyədə təhsil almaq istəyən tələbələr imtahan verdi  |     12:15 20 Yanvar 1990-cı ildə Heydər Əliyev xalqımızı birliyə səslədi  |     11:52 Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır  |     11:42 BŞTİ “Bilim Bakı” mərkəzi ilə əməkdaşlığa başlayır  |     11:36 2022-ci ildə İstanbul Kapalıçarşı 40 milyona yaxın ziyarətçiyə ev sahibliyi etdi  |     11:14 «BTS: YET TO COME IN CINEMAS» FEVRALIN 1-DƏN «Park Cinema» KİNOTEATLARINDA  |     18:09 “Loqos” Psixoloji və Nitq Mərkəzi 2022-ci ili uğurla tamamlayıb  |     23:42 Cavanşir Məmmədovun bloger nəvəsi ilk dəfə üzünü göstərdi - FOTOLAR  |     17:17 “CinemaPlus”da türk cizgi filmi “Rafadan Tayfa Qalaktik Tayfa"  |     17:12 Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Rayon Psixiatriya Xəstəxanasına başçəkmə keçirilib  |     11:15 Dünya azərbaycanlılarının həmrəyliyi “Böyük Qayıdışı” sürətləndirəcək  |     19:34 Gənclərin Xalq Yaradıcılığı Beynəlxalq Festivalı keçirilib  |     17:53 GİN nümayəndələri 3 saylı uşaq evini ziyarət ediblər  |     17:49 AMADA-nın 20212-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı  |    
Xankəndi-Laçın yolu ətrafında dinc aksiyalarla bağlı Ombudsmanın münasibəti
Sosial 20.12.2022 119

Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri tərəfindən Xankəndi-Laçın yolu ətrafında dinc aksiyalar 9-cu gündür ki, davam edir.  
Aksiyanın keçirilməsində məqsəd Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və nəticədə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaqdır. 
Qeyd edilməlidir ki, Azərbaycan öz öhdəliklərinə sadiqlik nümayiş etdirir və hər hansı zəruri ehtiyaclar yaranarsa, ölkəmiz öz ərazisində yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğunu da bəyan etmişdir. Bu yanaşmanı sübut edən təşəbbüslərdən biri də Azərbaycanın Qarabağ iqtisadi rayonunda humanitar yardımla bağlı ehtiyaclar üçün qaynar xəttin yaradılmasıdır.
Eyni zamanda, televiziya kanalları üzərindən müntəzəm birbaşa yayımlardan, habelə sosial şəbəkələr və mətbuatda yayılmış videolardan aşkar görünür ki, irəli sürülən iddialara baxmayaraq həmin yol açıqdır və ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dəhliz boyunca təminat yükünü daşıyırlar. Belə ki, zəruri yüklərin çatdırılmasına, humanitar məqsədli sərbəst keçidə hər hansı maneə yoxdur. Sülhməramlıların ailə üzvlərinin bu yoldan keçidinə də imkan yaradılmışdır. Eləcə də, təcili tibbi yardım maşınlarının, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi-Laçın yolu vasitəsilə sərbəst keçidinə şərait yaradılıb. 
Ombudsman olaraq, qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, bir daha xarici dövlətləri, beynəlxalq qurumları, xarici media və vətəndaş cəmiyyəti institutlarını həqiqəti əks etdirməyən məlumatları yayımlamaqdan çəkinməyə, Ermənistanın postmüharibə dövründə təxribatlar törətməklə davamlı olaraq sülhə zərbə vuran addımlarına münasibətdə də eyni həssaslığı nümayiş etdirməyə, bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırıram. 


Səbinə Əliyeva

Azərbaycan Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkili 
(Ombudsman)

20 dekabr 2022-ci il






Starxeber Bizi instagramda izləyin