11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
“Taxıl müqaviləsi ilə qlobal ərzaq böhranının qarşısı alınıb”
Siyasət 6.09.2022 72


Operativ24 “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Avstriyada yerləşən “APA” xəbər agentliyinin suallarını cavablandırarkən deyib. 

Qurulmuş mexanizmin indiyə qədər problemsiz işlədiyinə diqqət çəkən Altun bunun onları daha geniş təşəbbüslərə sövq etdiyini söyləyib.

F.Altun güclü əlaqələri olan Ukrayna ilə Rusiya arasında diplomatik və sülh yolu ilə həll yolu tapmaq üçün çalışmağa hazır olduqlarını bildirib.

Ukraynada atəşkəsin necə əldə oluna biləcəyi ilə bağlı suala isə Altun belə cavab verib:

“Təəssüf ki, Ukraynada müharibəni mümkün qədər uzatmağın öz maraqlarına xidmət edəcəyinə inanan bəzi aktyorlar var. Onların arasında NATO müttəfiqlərimiz də var. Biz bu dövlətlərin geosiyasi məqsədlərinə çatmalarının bədəlini Ukrayna xalqına ödətmə fikrinə qarşı çıxırıq. Onlardan fərqli olaraq biz ədalətli sülhün ən yaxşı həll yolu olduğuna inanırıq. Türkiyə hesab edir ki, Ukraynanın müstəqilliyi və suverenliyinin müzakirəyə açılması regionun və dünyanın ziyanına olacaq”.






Starxeber Bizi instagramda izləyin