11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Afətə ərindən hədiyyələr: 4 minə brilliant üzük, 300 minə ev
Maqazin 19.08.2022 226

Məşhur müğənni Afət Fərmanqızı həyat yoldaşı, rusiyalı iş adamı Mamed Nanacanovun soyadını keçdiyini açıqlayıb. 


Müğənni rəsmi “Instagram” hesabından həyat yoldaşının bu münasibətlə ona brilliant üzük hədiyyə etdiyini paylaşıb.

Afət Fərmanqızı Cebhe.info-ya açıqlamasında həyat yoldaşının ona brilliant üzüklə yanaşı, ev də hədiyyə etdiyini bildirib:

“Üzüyün qiyməti baha deyil, 300 min rubl, təxminən 4 min dollardır. Əslində üzüyə görə yoldaşımın soyadına keçməmişəm. Ona dedim ki, mənə Moskvadan ev al, sənin soyadına keçim. O da Moskvanın mərkəzində Rublyovdan otel tipli mənzil aldı. Artıq neçə gündür ki, yeni evimin dizaynı ilə məşğuluq. Yoldaşım evi 16 iyunda alıb, amma evin içərisinin tam hazırlanıb, köçməyimiz bu günə təsadüf etdi. Hər şey çox gözəldir, Allaha şükürlər olsun. Rusiyaya köçdükdən sonra 3 ay ərzində bu qədər yeniliklər edəcəyimi heç gözləməzdim. Evin qiyməti isə 300 min dollardır.

Bu ərazi üçün çox böyük qiymət hesab olunmur. Çünki bura Moskvanın bahalı yeridir. Burada Filip Kirkorov və digər rusiyalı ulduzlarla qonşuyam. Bu qiymətə Moskvandan bir az kənardan 4-5 otaq da almaq olar. 

Düzdür, mən klassika sevirəm, amma bu evim isə avanqard tiplidir. Hamısı klassika olmalı deyil ki, qoy biri də belə olsun”.

Sənətçi saytımız vasitəsi ilə Rusiyadakı müğənnilərə də təşəkkür edib: 

“Burada özümə qarşı çox yüksək mədəniyyət və hörmət gördüm. Hətta burada çoxdan yaşayan xanım müğənnilər məndən nəyəsə ehtiyacım olub-olmadığını soruşublar. Demişəm ki, çox sağolun, hər şey əladır. 

Yəni sənət yoldaşlarım öz qollarını mənə geniş açdılar. Üstəlik, çox gözəl qarşılandım və səmimi bir münasibət gördüm. Hər birinə bir daha təşəkkür edirəm!

Burada paxıllıq və söz-söhbət yoxdur. Rusiyadakı şou-biznesdə Azərbaycan şou-biznesindən fərqli olaraq inkişaf var”.






Starxeber Bizi instagramda izləyin