16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Bakıda dəhşətli hadisə: Qadını müdafiə edən Vətən müharibəsi iştirakçısı qətlə yetirildi - YENİLƏNİB
Hadisə 15.08.2022 97

Avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Bu barədə Nəsimi rayon prokurorluğunun məlumatında qeyd olunub.

Bildirilib ki, aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.

09:12

Bakının Nəsimi rayonunda ölümlə nəticələnən hadisə baş verib.

APA xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Muradov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Onun ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. Muradov Niyaməddin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N.Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.






Starxeber Bizi instagramda izləyin