16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Aşura günü Bakıda məsçidin önündə “hoqqa verən” gənc CƏZALANDIRILDI
Hadisə 9.08.2022 122

Avqustun 7-si gecə saatlarında Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən “Heydər” məscidində keçirilən Aşura mərasimində çaxnaşma yaradan şəxs saxlanılıb.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məscidin qarşısında toplaşmış insanların arasından “Chevrolet Cruze” markalı avtomobili sürətlə idarə edərək çaxnaşma yaradan, müxtəlif manevrlər edərək hadisə yerindən uzaqlaşan, ərazidəki polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayan 2003-cü il təvəllüdlü Sərxan Rzayev (şərti ad-soyadlı) yaşadığı evdə saxlanılaraq Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (Avtoxuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmək) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Mahirə Kərimovanın sədrliyi ilə onun barəsindəki protokollara baxılıb.

 
Məhkəmə S.Rzayevin 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat cərimə edilməsinə və məhkəmə zalından sərbəst buraxılmasına qərar verib.

Qeyd edək ki, məscidin qarşısında – insanların sıx olduğu yerdə avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına, yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan hərəkətlər etmiş şəxs daha sonra oradan uzaqlaşaraq nənəsinin yaşadığı evə gedib. Qısa vaxt sonra onun olduğu yer müəyyən edilərək saxlanılıb.






Starxeber Bizi instagramda izləyin