16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Tofiq Şahmuradov bu statusuna görə həbs edilib
Hadisə 9.08.2022 105

Bloqer Tofiq Şahmuradov barəsində seçilmiş inzibati həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.


Operativ24.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Nizami Rayon Məhkəməsinin 27 iyul tarixli qərarından verilmiş şikayətlə bağlı iclas keçirilib.



Məhkəmə iclasında T. Şahmuradovun müdafiəçisi onun barəsində qərar verilərkən yüngülləşdirici halların nəzərə alınmadığını bildirib: “26 iyul 2022-ci il tarixdə hüquqlarını müdafiə etdiyim şəxs özünün feysbuk səhifəsində “Quru qoşunları komandanı general Əfəndiyev minaya düşüb” başlıqlı məlumat yerləşdirib və təxminən 5 dəqiqə sonra həmin məlumatı sosial şəbəkədən silib.


Ümumiyyətlə feysbuk sosial şəbəkəsində məlumatı yaymağın qadağan olunmasını düzgün hesab etmirik. Jurnalistin işi informasiyanı tapmaq və yaymaqdan ibarətdir. Tofiq Şahmuradov hərbi bloqer kimi tanınır və hamı onun hərbi bloqer olduğunu bilir. Feysbukda özünün sahibi olduğu səhifənin 300 000 nəfər istifadəçisi var. Həmin məlumatlar Tofiq Şahmuradova verilib, o da sosial şəbəkədə paylaşıb. Hərbi qulluqçunun yaralanması hərbi sirr hesab edilmir. Həmçinin məhkəmə qəbul etmiş olduğu qərarında Tofiqin məsuliyyətini yüngülləşdirən halları nəzərə almayıb”.


Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, T. Şahmuradovun şikayəti təmin olunmayıb.


Qeyd edək ki, “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında protocol tərtib edilib və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.






Starxeber Bizi instagramda izləyin