16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Dəhşətli qəzada ölən qadın sabiq baş katib imiş
Hadisə 2.08.2022 280

Avqustun 1-i Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də avtomobil qəzasında dünyasını dəyişmiş Anna Qladçenkonun kimliyi müəyyənləşib.


Operativ24.Az  Report-a istinadən xəbər verir ki, A.Qladçenko əvvəllər Azərbaycan Velosiped Federasiyasının baş katibi və Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru olub. O, son olaraq Azərbaycan Velosiped Federasiyasının Hakimlər Kollegiyasının üzvü işləyib. Mərhum idman xadiminin bu gün 70 yaşı tamam olacaqdı.



Qəza baş verərkən sükan arxasında olan onun əri Vitali Qladçenko da idman aləminə tanış simadır. O, əvvəllər velosiped idmanı üzrə milli komandanın baş məşqçisi işləyib. Hazırda ROEİUGVİM-in məşqçi-müəllimidir.


Qeyd edək ki, Vitali Qladçenko “Hyundai Santa Fe” markalı avtomobili Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun sağına çıxaraq aşıb və avtomobildə olan sərnişinlərdən Anna Qladçenko hadisə yerində ölüb, 1955-ci il təvəllüdlü Nüşabə Sultanova, 1974-cü il təvəllüdlü Səbinə Qasımova və 2004-cü il təvəllüdlü Ayan Qasımova xəsarət alaraq Şabran rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. N.Sultanova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı hazırda DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.






Starxeber Bizi instagramda izləyin