16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Azərbaycanda "seyid" azyaşlı oğlana təcavüz etdi - FOTO
Hadisə 28.07.2022 333

Ucarda azyaşlı oğlanla cinsi əlaqədə olan şəxs həbs edilib. 


Ucar rayon Polis Şöbəsindən "Unikal"a verilən məlumata görə, 51 yaşlı Ağayev Ceyhun barəsində Ucar rayon Məhkəməsi tərəfindən 27 iyul 2022-ci tarixində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Ağayev Ceyhun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə əsasən, 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir. 

İstintaq işləri yekunlaşana qədər o, Şəki şəhərində yerləşən həbsxanada qalacaq. 

Onu da deyək ki, C.Ağayev Ucar rayonunda seyid kimi tanınır və onun məsciddə yeniyetmələri öz ətrafına yığması ilə bağlı iddialar var. Bununla bağlı Ucar məscidinin axundu Rəhimov Elnur "Unikal"a açıqlamasında bildirib ki, sözügedən şəxs məscidə yalnız namaz qılmaq məqsədi ilə gəlib: "Bizim mədrəsə qeydiyyatımız olmadığı üçün, Quran dərsləri keçmək kimi bir ixtiyarımız yoxdur. Ona görə də Ağayev Ceyhunun guya məsciddə yeniyetmələrə Quran öyrətməsi iddiaları həqiqəti əks etdirmir. Onun heç bir dini təhsili və fəaliyyəti yoxdur.

Bizdə iki qurumun kamerası var - Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. O kameralara da sözügedən qurumlar nəzarət edir. Bizim özümüzün şəxsi kameramız yoxdur. İndi bu məsələdə məsciddin adı hallanır, lakin o, son zamanlar məscidə nadir hallarda gəlirdi". 

Bildirək ki, 51 yaşlı C.Ağayev mərhum seyid Qasımın oğludur. 2 dəfə ailəli olub. Onun ilk evliliyindən bir qızı var. 

Ağarza Elçinoğlu 






Starxeber Bizi instagramda izləyin