Hadisə
25.07.2022
184
Sumqayıtda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, yaşayış binalarından birinin ikinci mərtəbəsindən yıxılan 2021-ci il təvəllüdlü Yusif Şükürlü ağır xəsarət alıb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı araşdırma aparılır.