16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Məhbus həyatı yaşayan məşhurlar - SİYAHI
Maqazin 20.07.2022 275

Məşhurların həyatı hər zaman diqqət mərkəzində olub . Onlar nə etdilər, nə geyindilər, kimlərlə mübahisələri yarandı və bu kimi məsələlər gündəmi zəbt edən nüanslar sırasına daxildir.



Operativ24.Az xəbər verir ki, Space televiziyasında yayımlanan “Space Maqazin” verlişində məhbus həyatı yaşayan məşhurlar araşdırılıb.  Siyahını təqdim edirik.
 
Azərbaycanı ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin təmsil edən  müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və nə az nə çox düz iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb. Qeyd edək ki, İlkin olaraq hər iki şəxs mətbuata yalan məlumatlar verərək faktı təkzib etsələr də, polisə verdikləri ifadələrində hadisəni etiraf ediblər.
 
Qalmaqallı müğənni Maral Tahirqızı 2015-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. İfaçı cəzasının 3-də iki hissəsini çəkdikdən sonra azadlığa buraxılıb.
 
Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun aldığı pulu geri qaytarmaması olub. O müsahibələrinin birində həbs həyatından danışarkən qeyd edib ki, “36 gün həbsdə qaldım, “Onun 30 gününü bir otaqda yalnız keçirdim. Bu, öz seçimim idi. Yalnız qalıb düşünməyə ehtiyacım var idi. Etiraf edim ki, azadlıq üçün heç darıxmadım. Mobil telefonsuz, internetsiz günlər yaşadım. Oturub düşünməyə, istirahət etməyə vaxtım oldu.”

Həbs olunan məşhurlar siyahısında “Azəri qızı” Günelin qardaşı, bəstəkar Tunar Rəhmanoğlu da var. O, “avtoşluq” etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.
 
Məhkumluq həyatı yaşayan məşhurlar arasında meyxanaçılar da yer alır.  Bu meyxana ustadlarından biri də Vahid Qədimədir. Onun dələduzluq maddəsi ilə axtarışı elan olunub Və Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edilib.

Daha bir reper, mərhum Hüseyn Dərya narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.
 
Məhkumluq həyatı yaşayan meyxanaçılardan biri də Mərhum söz ustadı Bayram Kürdəxanlı olub.  O 2014-cü il iyulun 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində,  şadlıq saraylarından birinin qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

14 noyabr 2014-cü ildə Sabunçu Rayon Məhkəməsi Bayram Kürdəxanlıya təqsirləndirildiyi maddə üzrə 1 il həbs cəzası verib. 3 fevral 2015-ci ildə isə həbsdən azad edilib. Meyxanaçı azadlığa çıxandan 1 il 6 ay sonra faciəli şəkildə dünyasını dəyişərək dünyaya gözlərini əbədi olaraq yumub.

Müğənni Fədayə Laçın da həbs olunan məşhurlar arasındadır. Belə ki, ifaçı 2017-ci ildə həbs olunub. O, həmin ilin oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Müğənni 2019-cu ildə azadlığa çıxıb.

Məhkumluq həyatı yaşayan məşhurlardan biri də toylar kralı Manaf Ağayevdir. O, 2022-ci il, fevralın 18-də  iş adamı Sənan Hüseynovla birlikdə icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıb.
 
Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Qeyd edək ki, Space Maqazin verlişi hər həftənin şənbə günü saat 22:00-da Space televiziyasında yayımlanır.

Ziyafət Əlisoy

















Starxeber Bizi instagramda izləyin