16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
“İş yerimi Mətanət bağlatdırıb, danışdığımız şərtləri pozdu” - ŞOK İTTİHAMLAR
Maqazin 19.07.2022 327

“Salonu bağlamışam, ölkəni də tərk etmişəm. Olanlarla bağlı çox stress yaşayıram. Ağır xəstələnmişəm. Hazırda müalicə alıram. Ali məhkəməni udmağıma baxmayaraq, uşaqlarla rahat görüşə bilmirəm. Mətanət İsgəndərli danışdığımız şərtləri pozdu”.


Bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Həmidova) OLAY-a açıqlamasında deyib. 

O, bildirib ki, İsgəndərli ilə yalnız uşaqlara görə barışıb: 

“Ramazan bayramında onlara bütün mülkdən, alimentdən imtina etmək istəyimi dedim və ərizə yazdım. Kərim hər dəfə mənə deyirdi ki, sənə görə vəkillərə və məhkəmələrə 40 min manatımız gedib. Mən də deyirdim ki, o pulu balalarıma xərclə. Ali məhkəməni uddum. Lakin hələ də boşanma kağızım yoxdur. Qətnamə qüvvəyə minməyib”.

Canananın sözlərinə görə keçmiş qayınanası onu uşaqlarından uzaqlaşdırır və işini də o bağlatdırıb:

“Təzə gəlini və oğlu narahat olmasın deyə mənim balalarımla görüşümün ancaq küçələrdə olmasını istədi. Uşağıma hədiyyə apardım, öz uşaqlarımın anasına qapı açmasına icazə verilmədi. Mətanət İsgəndərli üstümə polis gətirməklə hədələdi. Sanki düşmənik. Evim yoxdur, kirayədə olduğuma görə uşaqlar yanıma gəlmək istəmir. Ona dedim ki, 6 evdən birini mənə verin balalarımla qalım. Dedi, heç vaxt elə şey olmayacaq. Uşaqlarımı nə yolla olsa da, alacam. Salonu da bilmirəm necə etdilər. Kim edirsə, çox yaxşı düşünüb ki, məni iş yerimdən vurub sıxışdırsalar, pulsuz qalacam və uşaqları geri ala biləcəklər. Salon sahibi dedi ki, bir nəfər var, daha çox pul verəcək. Bir günün içində məcbur olub çıxdım. Kərim o vaxt da işçilərimə deyirdi ki, çıxın, qoy bankrot olsun. Uşaqlarımı öyrədirlər. Böyük oğlum məndən etibarnamə istəyir. Çox qəddardırlar”.






Starxeber Bizi instagramda izləyin