16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Nuradan həm klip, həm fotosessiya!
Maqazin 15.07.2022 224

Müğənni Nura Suri Kolumbiyada çəkilən ikinci klipini də təqdim edib.

Operativ24.Az xəbər verir ki, sənətçinin sözləri Orxan Qarabasma, musiqisi Kazımcan, “beat”i Emin Məmmədova (Clavis) aid mahnısı “Doğru” adlanır.

Klip Kolumbiyanın San Heronimo, Azərbaycanın Xızı, Qəçrəş və Xınalıq bölgələrində lentə alınıb.

Ekran işinin Kolumbiyadakı görüntülərini Sir Rivers, Azərbaycandakı görüntülərini isə Vahid Həsənov ərsəyə gətirib.

“Gözlənilməz problemlərlə üzləşdik. Stilistlə danışmışdıq, Kolumbiyanın bir şəhərindən digərinə gəlməli idi. Gəldi, bir obraz üzərində çalışdı. Bizə dedi ki, siz bu çəkilişi bitirin, mən qayıdacağam. Onun qayıtmağı problem oldu, ikinci obrazı çəkə bilmədik. Səhəri gün yağış yağdı deyə, obrazlarımın yarısını Azərbaycanda çəkdirəsi oldum.

 Buradak çəkilişdə də yağış yağdı, işlərimiz qaldı. Məcbur olub səhəri günü yenidən qayıtdıq. Klip mənim üçün çox əzizdir, çünki əziyyətli olub. Mahnı da əzizdir, iki dəfə oxumuşam, əlavə səslər var idi, üç dəfə aranjimanı dəyişib. Mahnını ərsəyə gətirənəcən Emin Kərimiyə zülm yaşatdıq. İnanıram ki, mükəmməl bir iş olacaq”, - deyə, Nura Suri bildirib.

Qeyd edək ki, müğənninin tərzi üzərində kolumbiyalı və azərbaycanlı stilistlər çalışıb. Klipdə kolumbiyalı xareqoraf və rəqqas Hulio Moskuera rol alıb.

Ekran işinin montajını Azərbaycanda Alex Anişenko, rənglənməsini isə Ukraynada Dmitriy Lukyanenko edib.
Nura Surinin fotolarını Azərbaycanda Raj Steven, Kolumbiyada isə Cafet Ariza ərsəyə gətirib.






Starxeber Bizi instagramda izləyin