22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |    
Gecə klubunda yaralanan Aysel: "Yeni telefon aldılar, xəstəxana pulumu ödədilər" - FOTO
Maqazin 15.07.2022 332

"Location" gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürovadan xəbər var.


BAKU.WS xəbər verir ki, bloger yaşadığı bədbəxt hadisədən sonra uzun müddətdir həmin məkan sahiblərindən şikayət etsə də, ona dəymiş ziyan ödənilmirdi.

Nəhayət Aysel ötən gün şəxsi instaqram hesabında paylaşım edərək gecə klubu sahiblərindən tələb etdiyi təzminatını aldığını bildirib. Bloger yanğın zamanı itirdiyi telefonlarının və xəstəxana xərclərinin qarşılandığını bildirib:

"Location"da baş verən partlayışda ağır yaralananlardan idim. Telefonlarım partlayış zamanı klubda qalmışdı və heç biri tapılmadı. Xəstəxanada isə vəziyyətim çox ağır idi, dəfələrlə əməliyyət olmuşdum.

Bu haqda da paylaşım etmişdim ki, "Location"in rəhbərliyi mənə dəymiş ziyanı ödəmək istəmir.

Nə xəstəxana, nə də telefonlarımın pulunu ödəmirdilər. Daha doğrusu, sonradan xəstəxana pulunu verməyə razı olmuşdular, amma telefonlarımın pulunu vermək istəmirdilər. Mən də hər kəs kimi haqqımı tələb etmək üçün onlardan şikayət etdim.

Onlar da bu gün axır ki, həm xəstəxana pulumu verdilər, həm də yeni telefon aldılar. Düzdür, bunlar mənə dəymiş mənəvi ziyanı heç vaxt qarşılaya bilməz, həm psixoloji travmalarım, həm əsəb sistemim, həm içimə qapanmalarım, yaddaşım hamısı üst üstədir...

Bunlar ömür boyu mənlə qalacaq, amma bütün əsəblərimi pozduqdan sonra hər şey yenə də mən deyən kimi oldu. Ona görə də hamı haqqını tələb etsin. Və İnşallah, haqq yerini tapsın, əsl günahkarlar cəzasını çəksin! Haqqınızı tələb etməkdən çəkinməyin!

Bu arada yenə də hər şeyi mən özüm etdim, tək başına, bu işdə mənə heç kim kömək olmadı. Allah bizi heç kimə möhtac eləməsin”.






Starxeber Bizi instagramda izləyin