Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl dünyasını dəyişən anası ilə fotosunu paylaşıb.
Sənətçi şəklə şeir yazaraq, anası ilə bağlı kədərini bölüşüb:
"Yağdı saçlarıma həsrətin qarı,
Heç oldu gözümdə həyatın varı.
Yeriyə bilmədim qəbrinə sarı,
Süründüm dizimi daşlar apardı.
İnana bilməzdim vüqarım sına,
Ürəyim dözmədi, ana, yasına.
Yaman öyrəşmişdim yaz havasına,
Üşüdüm, ömrümü qışlar apardı".