16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Mədəniyyət 8.08.2019 274

"Özüm bilə-bilə "Vağzalı" sifariş verim. Onu döndəriblər heç nəyə. Çox yerdə eşitmişəm, artıq "Vağzalı" ölür. Keçirlər Vendersonun marşına. Bilə-bilə efirdə bu mövzunu saldım ki, unutmayın. Ata-babaların, köç havasıdır. Avropasayağı marş bizə xas deyil".

Bunu Xalq artisti Rafael Dadaşov "5/5" verilişində deyib. Aktyor son vaxtlar məclislərdə "Vağzalı"dan istifadə edilməməsindən şikayətlənib. O bildirib ki, ənənələrimiz unudulur:



"Onsuz da avropalaşırıq. Unutmayın bizim adət-ənənələrimizi. Prodakşınlarda, televiziyalarda yaradıcılıq həvəsi yoxdur. O vaxtlar nələr edirdilər: teletamaşalar, seriallar hazırlanırdı. İntibah dövrü idi. İnsanlarda qığılcım, həvəs qalmayıb. İndi pul dalıyca qaçmaq var. Heç kimi də qınamıram, dolanmalıdırlar. Biz də o vaxt qazanırdıq. Amma quruluş başqa idi. Pul düşünmürdük. Fikirləşirdik ki, arxivlərdə qalacağıq".

Dadaşov rejissorların onu filmlərə, seriallara dəvət etməməsindən gileylənib:

"Bizi çağırmırlar, bahalı aktyor sayırlar. Deyirlər, Rafael Dadaşova min manat verməkdən, başqasına 100 verim, çəkilsin. Uzun illərdir bədii-filmdə rol almamışam".

Aktyor artıq çəki almasının səbəbini açıqlayıb:

"Yeyib-içməklə əlaqədar deyil. İki dəfə ürək əməliyyatı keçirmişəm. Həm də bizdə ata tərəf köklüyə meyillidir. Gəzmək kompleksim var. Cavanlıqdan insanlar içində gəzmə kompleksim olub. Xoşum gəlir, insanlar tanıyır, şəkil çəkdirmək istəyir. Amma edə bilmirəm".
 
///Axşam.az






Starxeber Bizi instagramda izləyin