16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Maqazin 6.08.2019 285

"2007-ci ildə Murad Dadaşovun “Maşın” şousunda iştirak etdim. Bir neçə sənətkarlar saqqımızı oğurladı ki, ancaq aktyorlar olacaq, amma yalan imiş. Tünzalə Ağayeva məni oyundan çıxardı. Çox anlaşılmaz bir durum idi. İndiyədək hamı soruşur ki, səni oyundan niyə çıxardı?".

Bu sözləri Xalq artisti Rafael Dadaşov "5/5" verilişində qonaq olarkən deyib. Aktyor ölkə başçısı İlham Əliyevlə görüşündən və ona ev hədiyyə etməsindən danışıb:

"Həmin ərəfədə Respublika günü münasibətilə mayın 25-də "Gülüstan" sarayında sənət adamlarını bir araya yığdılar. Həmin il ulu öndər Heydər Əliyevin ad günündə mənə ev verilmişdi. Fürsət axtarırdım ki, Prezidentə təşəkkür edim. Tədbirdə gəzirdim ki, İlham Əliyev məni görsün. Gördü, dedi ki, Rəfael, yaxın gəl. Yaxınlaşdım ki, təşəkkür edəm, özü açdı söhbəti. Qayıtdı ki, gördüm masanın üstündə məktub var, Rəfaelin evi yoxdur. Dedim necə yoxdur? Dedim ki, Rəfaelə ev verin.

Sonra qayıtdı ki, səni “Maşın” şoudan niyə çıxartdılar? Hamı gülməyə başladı. Çaşdım, dedim ki, cənab Prezident, baxırsınız? Dedi ki, o gün təsadüfən kanallara  baxırdım, gördüm ki, “Maşın” şou gedir və Rəfaeli çıxardılar. Səni layiq olmadığın halda niyə çıxardılar? Sən neyləmisən?
Dedim ki, cənab Prezident, oyundur, kimisə çıxarmalıdırlar. Qayıtdı ki, yox, səni niyə çıxardılar? Bu, düz deyil, səni oyuna qaytarsınlar. Dedi ki, Bəylər, Rəfaeli oyuna qaytarın (gülür). Oyunun sonuna da üç gün qalmışdı. Dedim ki, cənab Prezident, nəyə qayıdıram? Bir maşından ötrü? Sizin əlinizdə bir maşın nə olan şeydir ki? Demək istəyirəm ki, Prezidentimiz diqqətlidir. Verilişə də baxır, maraqlanır".



///axsam.az






Starxeber Bizi instagramda izləyin