"Düz bil ildir dieta saxlayıram"
Meyxana ifaçısı Samirə Yusifova tanınmaz hala düşməsinin səbəbini açıqlayıb.
O, AzNews.az-a açıqlamasında mədəkiçiltmə əməliyyatı ilə deyil, dieta ilə arıqladığını deyib:
“Haqqımda yazılanlar yalandır. Düz bil ildir dieta saxlayıram. Şəfa Yusifovanın kursunu keçirəm. Hələ əməliyyat etdirmək də fikirindəyəm. Qarşıdakı aylarda plastik əməliyyat etdirəcəm”.
Qeyd edək ki, meyxana ifaçısı Samirənin tanınmaz halda fotoları paylaşılıb. Mətbuatda onun mədəkiçiltmə əməliyyatı etdirdiyi bildirilib.