11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Manaf Ağayev polisə tabe olmayıb, söyüş söyərək qaçmaq istəyib - 4 ay əvvəlki həbsin təfərrüatı
Maqazin 17.06.2022 229

Bu ilin fevralında müğənni Manaf Ağayevin Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün həbs olunmuşdu.


Operativ24.Az “Qafqazinfo”ya istinadən müğənninin 4 ay əvvəlki həbsi ilə bağlı bir sıra təfərrüatları təqdim edir.

Fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmaq məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları axşam saatlarında Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər. Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozub. Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və nalayiq söyüşlər söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər. Manaf Ağayev barəsində tərtib olunan protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Müğənni məhkəmədə isə özünü tam təqsirli bildiyini deyib:

“Evimin qarşısında tanımadığım şəxslə mübahisə edərkən polis əməkdaşları yaxınlaşıb ictimai qaydaya riayət etməyimi tələb etdilər. Lakin həmin gün əsəbi olduğumdan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədim, yüksək səslə danışdım. Nalayiq ifadələr işlətdim. Əməlindən peşmanam. Bir daha belə qanun pozuntusu törətməyəcəyəm”.

Məhkəmə bu qənaətə gəlib ki, M.Ağayev İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələrində nəzərdə tutulmuş xətaları törədib. Daha ciddi xətanın (535.1) sanskiyası əsas götürüldüyü üçün o, 15 gün müddətinə inzibati həbs edilib.






Starxeber Bizi instagramda izləyin