22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |    
“Oriental rəqsi Azərbaycan xanımına yaraşdırmıram” - RƏQQASƏLƏR ETİRAZ ETDİ
Maqazin 20.04.2022 379

Rəqqasə Fatimə Fətəliyevanın oriyental rəqs barədə söyləydiyi fikirlər müzakirələrə səbəb olub. 


OLAY yazır ki, tanınmış sima instaqram canlı yayımında çıxış edərkən “oriyental rəqsi özümə yaraşdırmıram. Ümumiyyətlə, Azərbaycan xanımına yaraşdırmıram”,- şərhini verib. 

Hazırda oriyental rəqs ilə məşğul olan Aytən Əliyeva və Renka (Rəna Ağamuradova) Fatimənin fikirlərinə münasibət bildirib. 

OLAY-a danışan A. Əliyeva həmkarının sözügedən rəqs növü ilə sənətə gəldiyini bildirib:

“Fatimənin o sözü dediyinə qulağımla eşitməsəm, inanmaram. Çünki onun özü ilk dəfə oriyental rəqs oynayıb. O ki qaldı rəqs, geyim əxlaq göstəricisi deyil... Azərbaycanda bu “vastoçnaya” rəqs olduğu üçün bir az qəbul olunmaya bilər. Amma çox sevilir. Ən gözəl, dəbli, sanballı toylarda, xınalarda rəqqasələr çıxış edir. Onun o sözünə nə demək olar ki? Adamın gülməyi gəlir. Axı o da bu rəqslə çıxıb. Videoları da var. Hamımızın videoları yutubda yer alıb. Yəni kiminsə nəyisə gizlətməyə çalışması mümkün deyil. Fatimə də gizlətməyib. Həmişə deyib ki, əvvəllər oriyental oynayıb. İndi başqa rəqsə keçib. Mən isə dörd ildir hansısa bir məclisə getmirəm. İkinci biznesimlə məşğulam. Bunun səbəbi rəqqasəyə verilən pulun məni qane etməməsidir. Yoxsa kiməsə pis baxırlar deyə yox”.

Renka isə bunun Fatimənin öz düşüncəsi olduğunu söyləyib:

“Kiminsə fikrinə qarşı çıxası deyiləm ki, belə düşünmə. İnsandır, özü bilər, şəxsi fikridir. Mənim də düşüncəm kiminsə xoşuna gəlməyə bilər. Mən qalmaqal sevmirəm. Kiminsə mənim haqqımda nəsə deməsi vercimə deyil. Öz həyatımı yaşayıram, kim nə düşünür düşünsün. Başımı aşağı salıb işimi görürəm”.






Starxeber Bizi instagramda izləyin