22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |    
"Yaxşı at özünə qamçı vurdurmaz" - Hüseynlə bağlı izdihamdan yazdılar
Maqazin 18.04.2022 345

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov ötən gün Bakıda pərəstişkarları ilə görüşüb.

Axşam.az xəbər verir ki, izdiham yaşanan görüşdə bloger cəmi 5 dəqiqə qala bilib. O, sevənlərinə bahalı telefonlar hədiyyə edəcəyi vədini verib. İnsanların səhnəyə çıxmağa çalışdığını görən Hüseyn oranı tez tərk edib. 

Görüşdən yayılan videolar tənqid edilib. Hətta bir videoda kişinin əlində kəmər səhnəni qamçıladığı əks olunub. Paylaşımları tənqid edənlər arasında tanınmış simalar da yer alıblar.

Keçmiş aparıcı Turan İbrahimov blogeri görməyə gedən gəncləri qınayanlara belə reaksiya verib:

"Baş verənlərdə qeyri-adi heç nə yoxdur. Yeniyetmənin emosianal təcrübəsizliyi populyar mədəniyyətin təsirinin təzahürüdür. O uşaqların emosiaları sabun köpüyü kimi bir şeydir. 3-5 ilə keçib gedəcək. Vaxtı ilə “Beatles”, Elvis Prestliy, Andrey Qubin, Burak Kut, Küçük Əmrah, Hüseyin Dərya, Elşad Xose, Namiq Qaraçuxurlu və başqaları o emosiaları yaradırdısa, indilərdə dövran vayner-blogerlərindir. Onların manipulyativ hərəkətləri hələ ki, yeniyetmələrə impuls verir. Çox da narahat olmayın, böyüyəcəklər, keçəcək. O uşaqların içindən dahilər də çıxacaq, böyük-böyük adamlar da".

Müğənni-bəstəkar Murad Arif isə "Adamlar Hüseyn fanatları deyil. O adam görüşlərində "xalyava" (pulsuz) paylayır. "Xalyava"nın iyinə toplanır millət. O adamların üzündə yazılıb ki, Hüseyn zad hərrəmirlər. Güman ki, dilini də başa düşmürlər. "Fanat" başqa şeydir. Amma burada söhbət sənətçi heyranlığından getmir. Əsla. Qurbanlıq ət paylanan, pandemiya dövründəki pay dağıdılan videolardakı rəzalətin növbəti formasıdır" sözlərini əlavə edib.

Əməkdar artist Sənubər İsgəndərli isə Muradın paylaşımına "Sosial şəbəkə uşaqları" qısa rəyini yazıb. 

Xalq artisti Faiq Ağayev isə həmin görüşdən yayılan videoya "Ağır mənzərədir" şərhini qeyd edib. 

Əməkdar artist Firdovsi Atakişiyev isə həmin mənzərəni "Ətriyyatçı" filmindəki görüntülərlə müqayisə edib:

"Ətriyyatçı" filmini xatırladım, bu, ən yaxşı versiyasıdır. Ən pisi isə odur ki, sanki Şeyx Nəsrullah söz verib: onların ölən yaxınlarını dirildəcək. Bir sözlə "Zombi dünyası".

Aparıcı Leyla Quliyeva da alış-veriş mərkəzindən olan görüntülərə "Nəyə və kimə görə? İnsan qüruru harada qaldı bəs? Bir məşhur məsəl var, "Yaxşı at özünə qamçı vurdurmaz". Bəs insan necə, qamçılanar?" sözləriylə reaksiya verib. 






Starxeber Bizi instagramda izləyin