22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |    
Şəbnəm onu təhqir edən Vasifə cavab verdi - QALMAQAL ALOVLANIR
Maqazin 8.04.2022 115

Müğənni Şəbnəm Qəhrəmanova efirdə onu təhqir edən Əməkdar artist Vasif Məhərrəmliyə cavab verib.


Sənətçi bu barədə İnstaqramda yazıb:

“Vasif bəyə həmişə məndən böyük bir sənətçi kimi hörmətim olub. Dəfələrlə eyni masada əyləşib, çörək də kəsmişik. İndi sual verir ki, uşağımın atası kimdir? Halbuki masalarda övladımın atasıyla bir əyləşib. Kim olduğunu da çox gözəl bilir

Deyir ki, yaş məsələsinə görə, mənə “xəsis” deməzdi, bu hadisə illər öncə olub, mən orda çörək kəsdiyim adamın adını zarafatla çəkmişəm və bir yaxınım kimi ərk etmişəm

Efirdə özünü elə aparır ki, guya məni tanımır, mənim haqda məlumatı işçilərinə tapşırıb ki, onlar araşdırsın. Ümid edirəm ki, Vasif bəydə yaddaş problemi yaranmayıb. Əks halda dəfələrlə çörək kəsdiyi adamları unutmazdı.



"Xəsis"lik mövzusunu elə şişirdir ki, sanki bu söz təhqirdir. Halbuki illərdir Türkiyə mediası Emrahı xəsis adlandırır və bu fikirlər Emrahın vecinə deyil. Vasif bəy də mənim kimi məsələyə yumoristik yanaşsa, üzüyünün qaşı tökülməzdi. Onun deyiminə görə, mən böyük yeri bilməmişəm, "xəsis" sözü kimi adına "böyük bir ittiham" səsləndirmişəm, "ləkə" yaxmışam, o böyüklük edərdi, zarafatla cavab verərdi.

Qadına şiddətə qarşı dövlətimizin, rəsmilərimizin tədbirlər, aksiyalar, sosial layihələr keçirdiyi bir vaxtda, öz həmkarım məni qadın olduğum üçün rahatlıqla təhqir edə bilir, inanmıram ki, hansısa kişi həmkarımız bu fikirləri səsləndirsəydi, Vasif bəy belə reaksiya verərdi.

Orada deyir ki, "Şəbnəmi hara aparıb pulunu verməmişəm?". Necə çirkin, bir azərbaycanlı bəyə, məndən böyüyə yaraşmayan fikirlərdir. Halbuki mən heç kimin şəxsiyyətini təhqir etməmişəm. Ancaq bu adam məni efirdən, milyonların qarşısında təhqir edir. Bu da qadına şiddətin bir növüdür. Şiddət elə vurmaq, döymək deyil ki... Vasif bəyin etdiyi psixoloji şiddətin özüdür, televiziyaya baxan tamaşaçılar bu hərəkətdən hansı nümunə götürə bilər?



Mənim şəxsi həyatım mənə məxsusdur. Buna heç kimin toxunmağa haqqı yoxdur. Öz ayaqlarımın üstündə duran, zəhmət çəkən, övladımın gələcəyi üçün çalışan bir xanımam. İndiyədək heç kimə pisliyim dəyməyib, bir qarışqanı belə incitməyə qıymamışam. Sakitcə öz işimlə, sənətimlə məşğulam. Yaxşı, pis işlərimi təqdim edirəm. Etdiyim heç bir hərəkətdən də peşman deyiləm. Səhvlərim olubsa da, bu, Allahla mənim aramdadır.

Kiminsə nəyisə sorğulamağa həddi çatmamalıdır. Bu gün efirlərdə yetərincə şiddəti təbliğ edənlər var. Buna icazə verilməməlidir.



Son olaraq, bir qadın kimi, bütün qadınlara səbr, dözüm, həmkarlarıma isə uğurlar arzu edirəm. Xəsis olmaq ayıb deyil, bir çörək kəsdiyin insanın xanımına dil uzatmaq ayıbdır. Mən xəsis olmağı seçərdim, Vasif bəy, çünki ikincisi daha ağırdır!”.

Qeyd edək ki, Əməkdar artist Vasif Məhərrəmli onun “xəsis” olduğunu iddia edən Şəbnəm Qəhrəmanovanın ünvanına “10-da görüşək” verilişində “O sözü lağ edərək zarafatyana dedi. Ciddi bir şəkildə “ən xəsis müğənni Vasif Məhərrəmlidir”,- bildirsəydi, bu barədə düşünərdim. Çox üzr istəyirəm! Fikirləşərdim ki, bu xanımı nə vaxt harasa aparıb pulunu verməmişəm. Eşitdim ki, o xanım heç ailə qurmayıb. Sual yaranır ki, ailə qurmamısan, toy etməmisən. Mən sənə deyirəm ki, uşağının atası kimdir? Ondan soruşuram! Kimdir sənin uşağının atası?” sözlərini söyləmişdi.






Starxeber Bizi instagramda izləyin