Daxili İşlər Nazirliyi ötən gün Səbail rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb.
operativ24.az xəbər verir ki, iyulun 28-də saat 18 radələrində Yardımlı rayon sakini S.Cavadovun idarə etdiyi "VAZ-2107” və Masallı rayon sakini İ.Məmmədovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə İ.Məmmədov və 5 sərnişini, habelə S.Cavadov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
S.Cavadovunun sərnişinlərindən İmran Qulamov orada ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.