11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Cənubi Qafqaz boru kəmərinin inşası zamanı 23 min tarixi tapıntı aşkarlanaraq dövlətə verilib
Mədəniyyət 24.11.2021 172

"Cənubi Qafqaz boru kəmərinin inşası zamanı təkcə Azərbaycan ərazisində 23 min tarixi tapıntı aşkar olunaraq dövlətə təhvil verilib. “Şahdəniz-2” layihəsi çərçivəsində isə 11 min təsadüfü arxeoloji tapıntı aşkarlanıb."

Operativ24.az xəbər verir ki, bunu "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. 

O bildirib ki, BP inşaat işlərini aparan zaman beynəlxalq standartlara əməl edir: "Beynəlxalq layihələrin həyata keçirilməsində müəyyən standartlar var ki, onlara mütləq riayət edilməlidir. Bu standartlardan biri də mədəni və təsadüfü arxeoloji tapıntıların qorunması ilə bağlıdır. Biz Azərbaycandakı 30 illik fəaliyyətimiz dövründə təkcə dənizdə yox, quruda da bir sıra fəaliyyətlərimiz olub”.
B.Aslanbəylinin sözlərinə görə, ölkə ərazinin tapıntılarla zəngin olmasını nəzərə alaraq tikinti işləri zamanı xüsusi prosedurlar aparılır: “Məsələn, sizə bir nümunə deyim, biz inşaat apardığımız zaman hər hansı tapıntı aşkarlanarsa, işlər dayandırılır, 7 gün ərzində Mədəniyyət Nazirliyinə məlumat verilir. Daha sonra nazirlikdən verilən cavaba əsasən işlər davam etdirilir".






Starxeber Bizi instagramda izləyin