16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Maqazin 11.07.2019 226

“5 il əvvəl mən ailə quranda sual verirdilər ki, sevib ailə qurmusan, yoldaşını sevirsən? Onu ilk gördüyüm gün anladım ki, bu xanım körpəmin anası olmalıdır!”.

Bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb.

O, sənətçi ilə evliliklərinin beşinci ilində həyat yoldaşı ilə bağlı təəssüratlarını bölüşüb:

“Biz bir yerdə işləyirdik, hər gün ona bir gül alıb qarşısında dayanırdım. Bir gün cəsarətimi topladım və onu tanımaq istədiyimi söylədim, sağ olsun ki, təklifimi yerə salmadı. Beləcə, ilk addımı atmış olduq. Və mən aşiq olduğumu anladım. Onu görəndə hər şeyi unudurdum, hətta özümü belə... Bir gün qalan həyatımızı birlikdə keçirməyi təklif etdim, çünki o mələyin daima yanımda olmasını istəyirdim. Evlilik təklifimi qəbul etdi və biz evləndik. Beləliklə, ikimiz yeni bir həyata başladıq. Bu insan bütün ömrünü mənə həsr etdi, yalnız mənim üçün yaşadı. Çətin anlarda belə mənə deyirdi ki, Röyal yemək ye, istirahət et, yorma özünü. Belə bir mələyi necə sevməmək olar, belə bir insana necə valeh olmamaq olar? Bəlkə də zaman-zaman onu üzdüm, amma o, məni əsla üzmədi. Evləndiyimiz gündən bəri yalnız bir gün ayrı qalmışıq. Bir də xəstələnəndə.

O, mənə özü kimi mələk bəxş etdi və məni dünyanın xoşbəxti etdi. Ona hər gün bir daha çox aşiq oluram, hər gün yenidən tanış olmuş kimi sevgim bir qədər də artır. Çox şanslı kişiyəm ki, belə bir həyat yoldaşım var. Bu gün evliliyimizin 5 ili tamam oldu, səni çox sevirəm, nə yaxşı ki, varımsan. Bu sevgidən saatlarla yaza və danışa bilərəm, səni çox sevirəm, hər şeyim”.

Qeyd edək ki, T.Əliyeva hazırda onkoloji xəstəlikdən əziyyət çəkir.

///axsam.az






Starxeber Bizi instagramda izləyin