16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Maqazin 9.07.2019 149

“Urinoterapiya (sidiklə müalicə üsulu –red.) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram”.

operativ24.az xəbər verir ki, bu sözləri Medicina.az-a müsahibəsində Xalq artisti Flora Kərimova deyib.

O, 20 ildir bu müalicə üsulundan istifadə etdiyini söyləyib:

“Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm”.

Sənətçi bildirib ki, bu barədə kitablardan informasiya toplayıb:

“İndi qurddan danışırlar, dərmandan danışırlar. Bunu evdə özünüz də edə bilərsiniz. 10 yaşadək olan uşaqların sidiyini için. Bir ailə var idi. “Qaynanmış urino” deyirlər. Yəni qaynadırsan, sonra imalə edirsən. O ailənin yanına bir ay getdim. On gün imalədən sonra torba-torba balaca qurdlar düşdü. Böyükdən də, balacadan da. Tanıdığım ailə idi. Əri məhbus idi.

Sonra mənim bir dostum var idi, diabet xəstəsiydi. Hər gün gedirdim onun evinə, xanımına imalə elətdirirdim. İmalədən sonra artıq yaxşı hiss edirdi özünü. Ancaq təəssüf ki, adamı yandıran bir səbəbdən dünyadan köçdü. Venadaxili iynə vurdular hava qaldı damarda.

Bu müalicə üsulunun bütün xəstəliklərdə effekti var. Ancaq gərək düz tətbiq edəsən”.












Starxeber Bizi instagramda izləyin