İyulun 7-də vəfat edən 20 yaşlı aktyor Kameron Boysun ölüm səbəbi bəlli olub.
Onun epiletsiyadan əziyyət çəkdiyi bildirilib. Bu haqda Kameronun yaxınları məlumat verib.
Tez-tez qıcolmaları tutan aktyor xəstəliklə mübarizə aparır, daim müalicələr alırmış.
Qeyd edək ki, qonşusu Kameronu evində ölü vəziyyətdə tapıb. Hadisə yerinə gələn həkimlər "Disney"in ulduzunun həyatını xilas edə bilməyiblər.