"İndi bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir”.
Operativ24.Az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.
"Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Füzuli və Cəbrayıl şəhərlərinin və bütövlükdə rayonların baş planı təsdiq ediləcək”, - dövlət başçısı vurğulayıb.