14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |     23:05 Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu  |    
Bakıda öldürülən müğənninin qətlinin TƏFƏRRÜATLARI…
Kriminal 25.09.2021 445

Ötən il sentyabrın 2-də Bakıda yerləşən moteldə əri tərəfindən öldürülən Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum olub.


"Qafqazinfo” xəbər verir ki, hadisə Bakıda yerləşən "Salt" moteldə baş verib. 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ş. Şamilovanı bıçaqla qətlə yetirib.


Məhkəmədə dindirilən M.Şamilov Ş.Şamilovadan boşanmaq istəmədiyini, hadisəni qısqanclıq zəminində törətdiyini deyib:


"Şəhanə boşanmaq üçün məhkəməyə müraciət etmişdi, mən isə barışmaq istəyirdim. O, iki aydır anası ilə Xırdalanda yaşayır, obyektlərdə müğənnilik edirdi.


İşlədiyi obyekti tapıb barışmaq üçün yanına getdim. Bir az söhbət etdik, boşanmaq istəmədiyimi desəm də, razılaşmadı. Səhəri gün Şəhanəni Şıxov qəsəbəsindəki "1001 gecə" restoranına apardım.

 

İnzibatçı ilə danışıb ondan arvadımı müğənni kimi işə götürməsini xahiş etdim. O da xahişimi nəzərə alaraq təklif etdiyim şərtlə razılaşdı. Sonra Şəhanəyə yemək yeməyi təklif etdim, birlikdə "Salt" motelinə getdik".

 

M.Şamilov bildirib ki, motel otağında spirtli içki qəbul ediblər:

 

"O, sərxoş vəziyyətdə intim söhbətlər, mənim qəbul edə bilməyəcəyim təkliflər edirdi. Şəhanənin bu sözlərinə əsəbiləşib "gic-gic danışma" deyib yataqdan qalxdım və əynimizi geyindik. Yenə də aramızda olan keçmiş mübahisələrdən danışmağa başladıq.

 

Danışıq zamanı Şəhanəyə barışmağı təklif etdim. Lakin Şəhanə barışacağımız təqdirdə onun heç bir işinə qarışmayacağımı, toy məclislərində olarkən restoranda gözləməyəcəyimi, heç kimə qısqanmayacağımı, istədiyi yerə getməsinə qarışmayacağımı və sair, bu kimi şərtlər irəli sürdü. Mən də ona bu şərtlərlə razılaşmayacağımı dedikdə aramızda mübahisə yarandı".

 

M.Şamilovun ifadəsinə görə, qadın uşaqlarını ondan alacağını, kiçik qızının atasının başqa kişi olduğunu deyib: "Mən də hirslənib maşının baqajından özümlə gətirdiyim bıçağı götürdüm. Ona 7-8 zərbə vurdum. Sonra da 102-yə zəng edib məlumat verdim".

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Şamilova 18 illik həbs cəzası verilib. Qərardan narazı qalan mərhumun anası Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək kürəkəninə ömürlük həbs cəzası verilməsini tələb edib. Məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb.






Starxeber Bizi instagramda izləyin