11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Niyam Salaminin restoranı 4000 manat cərimələndi
Maqazin 27.07.2021 316

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları toy mərasimlərində karantin qaydalarına riayət edilməsi məqsədilə yoxlamaları davam etdirir.

SHOWXEBER.AZ xəbər verir ki, bu dəfə şəhərin Sahil küçəsində yerləşən restoranlarda monitorinqlər keçirilib.

Yoxlamalar zamanı “By Niyam Salami” restoranında keçirilən toy məclisində karantin rejimi qaydalarına əməl olunmadığı və şənlik məclisi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin icarədarı Sumqayıt şəhər sakini Cəfərov Əli Qurban oğlu inzibati məsuliyyətə cəlb olunub. O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, obyektin digər icarədarı Masallı rayonunda qeydiyyatda olan müğənni Niyaməddin Səfərovdur. (Niyam Salami).

Xatırladaq ki, bir müddət öncə isə Niyam Salami Sumqayıt şəhərində icarəyə götürdüyü "Salam-İ" restoranında karantin qaydalarını pozduğuna görə, 5000 manat cərimələnmişdi.

Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə restoranlar və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək./manset.az






Starxeber Bizi instagramda izləyin