16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 25.06.2019 166

Lənkəran Dövlət Universitetində yeddi tələbə qız halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

operativ24.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Lənkəran Dövlət Universitetinin qiyabi təhsil alan tələbələri - 21 yaşlı  Şabran sakini Ədilə Samir qızı Cəlilova, onun həmyaşıdı Bərdə sakini Ülviyyə Mübariz qızı Ağazadə, 20 yaşlı İmişli sakini Qumral Cahangir qızı Əzizzadə, 20 yaşlı Cəlilabad sakini Aygün Füzuli qızı İbrahimova, 19 yaşlı Biləsuvar sakini Ləman Səfər qızı Rzazadə və 21 yaşlı Yardımlı sakini Ulduz Elçin qızı Kərimli təcili tibbi yardım və müəllimlərin maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 



Bakı sakini 1997-ci il təvəllüdlü İlahə Namiq qızı Nəzərova isə evə getdikdən sonra halı pisləşib və xəstəxanaya müraciət edib. Tələbələrdən biri Reanimasiya Şöbəsinə yerləşdirilib. Digərlərinin isə vəziyyəti normaldır.

Hadisə sessiya zamanı baş verib. Ehtimala görə, otaq şəraitində yaranan hava çatışmazlığı nəticəsində tələbələrin halı pisləşib.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır






Starxeber Bizi instagramda izləyin