16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
​Əməkdar jurnalistdən bu mərkəzin həkimlərinə təşəkkür məktubu
Sosial 14.07.2021 472

Hörmətli B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru, Valeh Hüseynov yoldaş. Sizi narahat edən “Əməkdar jurnalist”, Ali Media mükafatçısı, tədqiqatçı alim Qərənfil Dünyaminqızıdır.

Valeh müəllim, mətləbə kecməzdən əvvəl, Sizə dərin təşəkkürümü bildirirəm ki, gəlişinizlə bu Mərkəzdə tamamilə başqa ab-hava yarada bilmiziniz.

Bir neçə il bundan əvvəl də Mərkəzə yolum düşmüşdü. Çox imkansız bir tələbəmin (mən BDU-nun Jurnalistika fakültəsinin müəllimiyəm) sağlamlığı üçün Mərkəzə gəlmişdim. Səhətində yaranan problemə görə qana ehtiyacı var idi. Amma çox böyük təəssüflər ki, mən o zaman Mərkəzin hec bir rəhbərliyi tərəfindən qəbul edilmədim və tələbəmə göməklik edə bilmədim.

O, zaman orada hiss etdim ki, bu Mərkəzdən qan almaq, göydən ulduz düşürməkdən də çətin imiş. 2020 yayında yenidən Hematologiya və Transfuziologiya Mərkəzinə yolum düşdü. Bu dəfə qardaşım oğlu Quliyev Mehman Akif oğlunu 06.08. 2020 tarixində çox ağır vəziyyətdə Sizin rəhbərlik etdiyiniz Hematologiya və Transfuziologiya Mərkəzinə yerləşdirdim.

Bir necə ay Mərkəzdə malicə aldıqdan sonra evə buraxıldı və hazırda evdə müalicəsi davam edir. O, mərkəzdə müalicə alarkən daha çox (vəziyyəti ağır olduğu üçün) Hematologiya və Transfuziologiya Mərkəzinin Renimasiya və İntensiv Terapiya şöbəsində saxlanıldı. Şöbədə müalicə həkim Mehriban Kərimovanın nəzarəti altında aparılırdı.

Mən hər gün Mehmandan xəbər almaq üçün Mərkəzə gəlirdim. Mərkəzin həyətində, dəhlizlərində əksər xəstələrin həkim Mehriban Kərimovadan razılıq etdiklərinin şahidi oldum. (Lazım olarsa onların əksəriyyətinin adını, soyadını verə bilərəm). Bu günlərdə təsadüfən eşitdim ki, Siz Mehriban Kərimovanı rəhbərlik etdiyiniz Mərkəzin Renimasiya və İntensiv Terapiya şöbəsinə müdir təyin etmisiniz. Valeh müəllim, Sizi inandırıram ki, çox gözəl secim etmisiniz və bu seciminiz əksər xəstələrin və işcilərin ürəyincədir. Bilirsiniz ki, hazırda ölkəmizdə savadlı, bacarıqlı gənclərə çox böyük qayğı ilə yanaşılır və Siz də bu seciminizlə bir daha bunu sübut etmisiniz. İnsan həyatını, taleyini, sağlamlığını naşı, savadsız kadırların ümidinə buraxmaq olmaz. Çox təəssüf ki, Mərkəzdə mühüm sahələr uzun illər kimlərinsə qohumu olduğu üçün belə naşıların əlində idi. Hörmətli Valeh müəllim, başda Siz olmaqla rəhbərlik etdiyiniz Hematologiya və Transfuziologiya Mərkəzinin hər bir işcisinə, tibb bacılarına, həkiminə, xüsusən həkim Leyla Orucovaya və hazırda Mərkəzin Renimasiya və İntensiv Terapiya şöbəsinə rəhbərlik edən Mehriban Kərimovaya çox dərin minnətdarlığımı bildirirəm. Yalnız ona görə yox ki, onlar mənim qardaşım oğlu Mehmana qayğı ilə yanaşdılar, həm də ona görə ki, Mərkəzdə hər bir xəstəyə bu qayğını hiss etdim.

Qərənfil Dünyaminqızı \ Tədqiqatçı alim






Starxeber Bizi instagramda izləyin