16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
DJ Fateh “Pantural”ı müdafiə edən izləyicini belə susdurdu - Audio
Sosial 13.07.2021 629

Xəbər verdiyimiz kimi, özünü "Pantural” kimi təqdim edən Tural Səfərov ictimai yerlərdə qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

OPERATİV24.AZ xəbər verir ki, "Pantural”ın çağırışı qısa müddətdə cəmiyyətdə sərt tənqid olunub.

Məsələ geniş auditoriyanın marağında olduğu üçün mövzu "İctimai radio” "Manpası” proqramında da müzakirəyə çıxarılıb.

Radionun direktoru və radioverilişin aparıcısı DJ Fateh "Pantural”la bağlı izləyicilərin mövqeyini öyrənib. Elə bu vaxt ortaya maraqlı dialoq çıxıb.
Efirə bağlanan Cavid adlı şəxs "Pantural”a haqq qazandırmağa çalışıb:

"Doğruları deyir. Sadəcə, emosional deyir deyə, müəyyən ifadələr işlədir deyə üzr videosu çəkib. Əlbəttə ki, doğru deyir. O cür geyinmək olmaz”.
İzləyicinin mövqeyi aparıcını özündən çıxarıb.

"Kimin ixtiyarı var ki, o cür geyinmək olmaz desin? Əgər sən rahatlıqla o cür geyinmək olmaz deyirsənsə, icazə ver, mən də deyim, bu cür düşünmək də olmaz. Belə düşünmək və bunu radioda milyonlarla dinləyiciyə təbliğ etmək olmaz. Sənə danışmaq olmaz. Sən danışanda məni qıcıqlandırır bu. Şortik getinən qadınların hiss etdiyini hiss et. Bu, səni də qıcıqlandırsın. Zəng edə bilərsən, ama danışmaq olmaz sənə. "Sus” deyirəm sənə”, - DJ Fateh izləyicini susdurub.

Xatırladaq ki, dünən sosial şəbəkədə özünü "Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı ""harada açıq-saçıq q****q gördüz, zorlayın” adlı çağırış edirəm” deyə şərh yazıb.

70 min izləyicisi olan bloqer daha sonra "Pantural üzr istədi” adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.

Daha sonra isə o, polis idarəsində vətəndaşlardan üzr istəyib.

Qeyd edək ki, özünü "Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, "KOMA" filminin müəllifidir./qafqazinfo.az








Starxeber Bizi instagramda izləyin