16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
“Karantin tədbirlərinə hazır olmalıyıq” – Adil Qeybulladan qapanma anonsu
Sosial 13.07.2021 382

Dünyada ardıcıl 4 həftədir ki, COVİD-19-a yoluxma artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Eyni hal Azərbaycanda da müşahidə edilir. Son günlərin statistikasına nəzər saldıqda, əvvəlki həftələrlə müqayisədə yoluxmaların sayında artım olduğu görülür.

Bu baxımdan hazırda ictimaiyyətdə yenidən qapanmalara gedilməsi ilə bağlı söz-söhbətlər dolaşır. Maraqlıdır, Azərbaycanda karantin rejiminin sərtləşməsinə ehtiyac varmı?

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla açıqlamasında deyib ki, karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətdən asılıdır:

“Azərbaycanı əhatə edən ölkələrdə – Rusiya, Gürcüstan, Türkiyədə “Delta” ştammı aşkar edilib. Məsələn, Rusiyada situasiya artıq xeyli ciddiləşib. Hesab edirəm ki, Azərbaycan da bu nəzərə alınmalı və müəyyən karantin tədbirlərinə hazır olunmalıdır”.


Müsahibimizin sözlərinə görə, hazırda əhali sanki karantin müddətinin bitdiyini düşünür.


 “Restoranlarda, şadlıq evlərində, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu, yolverilməzdir. Biz pandemiyanın davam etdiyini nəzərə almalıyıq. Bununla da daha sonra yaranacaq problemlərin qarşısı alınmalıdır”.

(sfera.az)






Starxeber Bizi instagramda izləyin