16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Kamil Zeynallının izləyiciləri "patı" satanların yerini dedi - Polisdən REAKSİYA
Sosial 12.07.2021 77

Son zamanlar ölkədə küçə adı "patı" yaxud "şüşə" adlandırılan narkotiklərlə bağlı sosial şəbəkələrdə tənqidi paylaşımlar çoxalıb. Belə paylaşımlar istər fərdi insanlar, istərsə də tanınmış şəxslər tərəfindən həyata keçirilir.

OPERATİV24.AZ-ın məlumatına görə, tanınmış idmançı Kamil Zeynallı da özünün sosial şəbəkə hesabında bu barədə paylaşım edib. Onun bu paylaşımına izləyiciləri tərəfindən çoxlu rəylər yazılıb. Rəy yazanların çoxu "patı" satılan yerlərin ünvanlarını belə yazıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, narkotiklərin qanunsuz satışı ilə məşğul olanlarla bağlı məlumatlı şəxslər nazirliyə müraciət etsinlər: "Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin onlayn üsulla satışına qarşı mütəmadi mübarizə tədbirləri aparılır. Bu işdə vətəndaşların da köməyinə böyük ehtiyac var. Xahiş edirik ki, narkotiklərin qanunsuz satıldığı ünvanlarla bağlı məlumatı olanlar hansısa şəxslərin səhifəsinə deyil, birbaşa DİN-in və Baş Narkotiklərlə Mübarizə İdarəsinin "İnstagram", "Facebook", "Tvitter" sosial şəbəkəsindəki səhifələrinə yazsınlar. Müraciətlərin anonimliyi tam qorunacaq".

Qeyd edək ki, DİN-in iyulun 9-da keçirilən kollegiya iclasın da nazir, general-polkovnik Vilayət Eyvazov müraciət edərək, narkotiklərə qarşı mübarizədə vətəndaşların, jurnalistlərin və bloqerlərin köməyinə ehtiyac olduğunu bildirmişdi./manşet.az






Starxeber Bizi instagramda izləyin