16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Ermənilər Şuşaya gedən Ukrayna səfirinə qarşı hücuma başladı
Sosial 11.07.2021 417

Xəbər verdiyimiz kimi, Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Azərbaycanın qədim mədəniyyət beşiyi, mədəniyyət paytaxtı Şuşaya səfəri baş tutub.

“Qafqazinfo” xəbər verir ki, səfərdə iştirak edənlər arasında Ukraynanın ölkəmizdəki səfiri Vlasislav Kanevski də olub.

“Xəyal gerçəkləşir! Qarabağın ürəyi və Azərbaycan xalqının mənəvi paytaxtı olan Şuşa şəhərini ziyarət etdim! Bu, həm Azərbaycanın böyük tarixi və mədəni irsi, həm də azad edilmiş ərazilərin genişmiqyaslı yenidənqurma layihələri ilə ilk tanışlıqdır”, - səfir səfər təəssüratlarını tvitter hesabında bölüşüb.

 Bundan sonra ermənimeyilli olması ilə tanınan “İnfoteka24”də səfirə qarşı hücum xarakterli yazı dərc olunub. Sayt Şuşanı erməni şəhəri kimi təqdim edərək, ABŞ, Rusiya və Fransa səfirlərinin buraya səfər etməməsini xüsusi vurğulayıb.

Buna cavab olaraq ingilis politoloq, Ukrayna siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi üzrə mütəxəssis Taras Kuzio tvitter hesabında paylaşım edib.

“Ermənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının reallıqdan uzaq olduğunu göstərir:

1) Prezident Əliyev heç kim tərəfindən “hərbi cinayətkar” elan edilməyib;
2) Ermənistan Azərbaycandan qat-qat daha millətçidir”.






Starxeber Bizi instagramda izləyin