16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
"Delta"ya yoluxanlar xəstəliyi ağır keçirir" - TƏBİB rəsmisi
Sosial 1.07.2021 405

“Hazırda dünyada sürətlə yayılmaqda olan “Delta” və “Delta plus” ştammları yüksək yoluxuculuğu ilə seçilir”.

OPERATİV24.AZ  xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında TƏBİB İdarə Heyəti Yanında Tibbi Elmi Komitənin sədri, professor Akif Qurbanov deyib. O bildirib ki, sözügedən ştammların əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı və öskürəkdir:

“Hər hansısa şəxs “Delta” ştammı olan şəxsin yanından təmas etmədən, maskasız belə keçərsə, ona virus yoluxa bilər. Çünki ştammın yoluxuculuq qabiliyyəti təqribən iki dəfə çoxdur”.

A.Qurbanov qeyd edib ki, alimlərin apardığı tədqiqatlar onu göstərir ki, adıçəkilən ştamm növləri orqanizmdə koronavirusa qarşı əmələ gələn anticisimlərə qarşı nisbətən davamlıdır:

"Hətta virusa yoluxub sağalan şəxslər və peyvənd vurduranların bir qismində də “Delta” xəstəlik törədə bilər”.

Professor xatırladıb ki, ölkədə virus növünə yoluxma qeydə alınmayıb:

“Buna baxmayaraq, ehtiyatlı olmalı, gigiyenik qaydalara əməl etməliyik. “Delta” yüksək yoluxuculuğa malik olduğu üçün bütün yaş təbəqələrinə siraət edir. Həmçinin müşahidələr göstərir ki, sözügedən növə yoluxan şəxslər xəstəliyi ağır keçirir”.






Starxeber Bizi instagramda izləyin