16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
"Öpüşməyə bir dəfəlik son qoymaq lazımdır" - Azərbaycanlı porfessordan "Delta" ştammı ilə bağlı ilginc açıqlama
Sosial 1.07.2021 237

"Şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalı, zərurət yarandıqda, fərdi qoruyucu vasitələrdən istifadə olunmalı, xüsusən "abnormal” ünsiyyət vasitəsi olan flematologiyaya (öpüşməyə) birdəfəlik son qoyulmalıdır. Əks halda, COVID-19 olmasa da, digər viral infeksiyaların qurbanı olacağıq”. 

Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O bildirib ki,   "abnormal” ünsiyyət forması ölüm qorxusuna görə hazırda yaşlı insanlar arasında müşahidə olunmur, yalnız cavan adamlar arasında əvvəlkindən də çox yayılıb:

"Məhz bu səbəbdən, Birləşmiş Krallıqda COVID-19-a ("Delta” ştammı) yoluxma 12-20 yaş qrupları arasında artıq pik həddə çatıb. Digər tədqiqata görə, "Delta” ilə yoluxma riski xüsusən, flematologiyanın daha çox müşahidə edildiyi gənc, imkanlı uşaqlar arasında yüksəkdir. Rusiyada analoji hal, yəni virusun əsasən gənclər arasında yayıldığı rəsmən elan olunub. Bu, COVID 19-un gəncləşməsi deyil, yalnız söylədiyim ünsiyyət forması ilə əlaqədardır.

COVID-19-a münasibətdə sayıqlıq əldən verilməməlidir. Bu infeksiya ilə bağlı istənilən yeni məlumat fərdi şəxslər və Dövlət qurumları tərəfindən ciddi qəbul olunmalı, təhlil edilməli və bu mübarizənin gələcək strategiya və taktikası düzgün qurmalıdır”.

Mütəxəssis qeyd edib ki,  COVID-19-un mövcud mutant ştammlarına, o cümlədən "Delta” və "Delta-plus” ştammlarına görə, hər hansı bir narahatlığa, gərginliyə, stressə və depresiyaya düşməyə, bədbinləşməyə və özünə qapanmağa əsas yoxdur:

"COVID-19-un özündən güclü "qatil” mutant ştammı yoxdur və ola bilməz. Ən uzun RNT genomuna malik (30 min) virus olduğundan hər ay onun sələfindən genom fərqliliyi göstərən 2 mutant şatmmı əmələ gəlməlidir və əmələ gəlir. Hazırda üzərində müşahidə aparılan daha 5 mutant ştamm var ki, onları da müvafiq olaraq - Epislon, Zeta, Eta, Teta deyə adlandıracaqlar. Mutant ştammlar törətdiyi klinik əlamətlərdən bir və ya bir neçəsinə görə, COVID-19-dan fərqlənə bilər. Lakin letallıq və arzuolunmaz proqnozuna görə heç bir halda COVID- 19-dan güclü və qorxulu ola bilməz. Belə bir mutantın yaranma ehtimalı yalnız 8-10 ildən sonra mümkündür”.

Günay Rəsulqızı






Starxeber Bizi instagramda izləyin