Lənkəran rayonunun Girdəni kəndində ölümlə nəticələnən qəza baş verib.
Bizim.Media-nın məlumata görə, “Shacman” markalı yük avtomobili ilə toqquşma nəticəsində motosikletin sürücüsü Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.