16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
"Kirayə mənzil" aldı - 1 il sonra evin içini görəndə şoka düşdü - VİDEO
Hadisə 1.07.2021 478

Paytaxt sakini Orxan Qəmbərov İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillərindən alıb. O, deyir ki, heç bir il deyil mənzilə köçmüşəm, artıq divar kağızları qopub, qapılar bağlanmır, dəhlizi isə su basıb. Aidiyyatı qurum isə deyilənləri təkzib  edir. İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər ki, onlara vətəndaş tərəfindən bircə dəfə rəsmi müraciət olunub, onda da mənzilə baxış keçirilərək, zərərin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. Paytaxt sakini Orxan Qəmbərovun şikayəti İpoteka və Kredit Zəmanət fondundan aldığı "kirayə mənzil"i ilə bağlıdır. Deyir ki, 2020-ci ilin avqustunda aldığı evə köçsə də, cəmi 1 ay sonra ciddi problemlərlə üz-üzə qalıb. 

Mənzil sahibi deyir ki, müddət keçdikcə otaqların divar kağızları qopub, hətta döşəmələr belə yarasız hala düşüb. 

Məsələ ilə bağlı İpoteka və kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova Xəzər Xəbərə bildirdi ki, bu günə kimi mənzilə gedən ustalardan onların xəbəri yoxdur. Sözügedən vətəndaşın fonda ilk rəsmi müraciəti isə bu il yanvar ayında olub.

Orxan Qənbərov mənzilində yaşanan problemlər ilə bağlı isə fonda iyun ayında müraciət edib.   

Elə bu müraciətində Orxan Qənbərov yaşanan saysız problemlərə görə, mənzilindən imtina etmək istədiyini bildirib. Yeganə Ramazanovanın sözlərinə görə, müqaviləyə  qarşılıqlı razılıq əsasında xitam verilə bilər. Amma bu zaman vətəndaşın bu günə kimi ödədiyi pullar ona geri qaytarılmayacaq. 






Starxeber Bizi instagramda izləyin