"Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qatarda texniki problem yaranıb.
OPERATİV24.AZ xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O bildirib ki, "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın qapısında nasazlıq yaranıb.
Dərhal sərnişinlər qatardan boşaldılıb, qatar sərnişinsiz yola salınıb. Xəttə əlavə qatar buraxılıb.