16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb
Sosial 30.06.2021 390

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

 Kaspersky Skill Cup mikroöyrənmə platforması əsasında ödənişsiz onlayn kursa başlayıb. Proqram uşaqların internetdə təhlükəsizliyi üzrə ekspertlər və Kaspersky Academy komandası tərəfindən hazırlanıb. Proqramın əsas məqsədi rəqəmsal təhlükəsizlik və etik məsələlərin öhdəsindən gəlmək üçün valideynlər və uşaqlara yardım etməkdir. Mikrokurs bütün dünya üzrə iOS və Android cihazları üçün Skill Cup mobil tətbiqetməsində ingilis və rus dillərində mövcuddur. Kursun proqramı hər birində istifadəçilər üçün bir sıra interaktiv dərslər təqdim olunan dörd mövzu blokundan ibarətdir. Onlar vasitəsilə sosial mediada məxfilik, təhlükəsiz və etik davranış mövzuları açıqlanır, uşaqların internetdə qarşılaşa biləcəkləri əsas təhdidlər, həmçinin uşaqların rəqəmsal maraqları barədə danışılır. Bütün materiallar müxtəlif formatlarda təqdim olunur: məqalələr, videolar və infoqrafika. Hər bir dərsin sonunda biliyinin qiymətləndirilməsi və mövzunu daha yaxşı mənimsəməsi üçün istifadəçidən kiçik bir test keçməsi istənilir. Kurs ingilis və rus dillərində mövcuddur. “Bu gün uşaqları cihazlarsız təsəvvür etmək çətindir. Bundan əlavə, sorğu nəticələri də göstərir ki, əksər hallarda valideynlər uşaqlarını smartfon və ya tabletlə çox erkən yaşda tanış edirlər. Təəssüf ki, böyüklər uşaqların onlayn təhlükəsizliyinə diqqət yetirməyə, yəni onlara hesabların məxfiliyinin necə qurulacağı və ya fırıldaqçıların necə tanınacağı barədə danışmağa hər zaman vaxt tapmırlar”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. "Valideynlərə kömək etmək üçün, Skill Cup-la birlikdə hər an və demək olar ki, hər yerdə keçilə bilən mobil mikrokurs hazırladıq." “Bu gün həm uşaqlar, həm də böyüklər geniş bir sosial şəbəkə seçiminə öyrəşiblər: TikTok, YouTube və digərləri. Bu səbəbdən də, təlim formatı öyrənmə nöqteyi-nəzərindən də onların vərdişlərinə uyğun olmalıdır. Biz Skill Cup-da mikroöyrənmədən istifadə edirik: bu format bilik əldə etmə prosesini maraqlı və əyləncəli edir”, - deyə Skill Cup-ın təsisçisi və rəhbəri Roman Mandrik bildirib. Kurs haqqında daha geniş məlumatı buradan əldə edə bilərsiniz: https://www.skillcup.ru/kaspersky. Skill Cup haqqında Skill Cup müxtəlif mövzularda mikrokurslar təqdim edən mobil mikro öyrənmə platformasıdır. Skill Cup-ın müştəriləri onlar üçün rahat olan yerdə öyrənməyə can atan insanlar, həmçinin əməkdaşlarının təlim vaxtı işdən yayınmasını istəməyən şirkətlərdir. Kaspersky haqqında Kaspersky 1997-ci ildən etibarən informasiya təhlükəsizliyi sahəsində çalışan beynəlxalq bir şirkətidir. Şirkətin dərin mütəxəssis biliyi və illərə söykənən təcrübəsi biznes müəssisələri, vacib infrastruktur, dövlət qurumlarını və adi istifadəçilərin təhlükəsizliyini təmin edən yeni nəsil təhlükəsizlik həlləri və xidmətlərinin təməlində dayanır. Kaspersky-nin geniş portfelinə istifadə zəncirinin son cihazlarının qorumaq üçün qabaqcıl məhsullarla yanaşı, mürəkkəb və daim inkişafda olan kiber təhdidlərlə mübarizə üçün bir sıra ixtisaslaşdırılmış həllər və xidmətlər də daxildir. Kaspersky texnologiyaları dünyanın hər yerində 400 milyondan çox istifadəçini və 250 mindən çox korporativ müştərini qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru
Дети в интернетеskillcup.ru






















Starxeber Bizi instagramda izləyin