16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Əliyar Qasımov 70
Sosial 30.06.2021 428

Əliyar Qasımov Məmmədyar oğlu 1951ci ildə Bakıda doğulmuşdur. Böyük vətən müharibəsinin iştirakçısı olan atası Məmmədyar kişi müharibədən qayıtmayan qardaşları Əlisəftər və Ağayarın xatirəsinə oğlunun adını Əliyar qoyur. Anası Fatma Məhəmmədəmin yurdu Novxanı kəndinin yetirməsi olan Mehdi Hüseynzadənin qohumlarındandır. O, həm pedoqoji həm də tibb təhsili almış və uzun illər boyu hər iki sahənin mütəxəssisi kimi çalışmışdır. Bu ziyalı xanımın “sovetskiy” adı ilə tanıdığımız məhlənin təhlükəli abu-havasında böyüdüb boya-başa çatdırdığı övladları Səttar və Əliyarın cəmiyyətə layiqli şəkildə təqdim edilməsində, onların tərbiyəsində və ali savad almasında əvəzsiz rolu  vardır. Əliyar uşaqlıqda tez-tez ata-ana yurdu olan Novxanı kəndində vaxt keçirərmiş. Onu indi də Novxanı kəndi ilə sıx əlaqələr bağlayır, belə ki, xalaları, bibiləri indi də oranın sakinləridirlər.  

Əliyar ailənin kiçik övladı olduğundan uşaqlıqda 2 qardaşın etdiyi yaramazlıqlardan həmişə “təmiz” çıxar, Səttar isə əksinə, günahkar qismində olardı. Valideynləri balaca Əliyarın sakitcə bir kənara çəkilərək əlini önündə çarpazlaşdırıb baş barmaqlarını bir-birinin ətrafında fırlatmasını gördükdə məsələni anlar, gülümsəyərdilər.  Məktəb vaxtında o qədər nadinc uşaq olubmuş ki, hətta bir dəfə hərəkətdə olan qatara minməyə cəhd edərkən yıxılmış, dəmirə dəyərək başdan zədə almışdır. 

Tələbə yoldaşlarından Vaqif indi də dostluq etdiyi adamlardandır. O, Əliyarla keçirdiyi günləri xoş təəssüratlarla yada salır. Deyir ki, bir dəfə ixtisas fənlərimizin keçirildiyi 6-cı korpusda pilləkanlardan enərkən Əliyar dostcasına kürəyimdən vurdu. Nəsə həmin vaxt bir az fikirli, bir az halsız vaxtima düşdüyündən, həm də bir az da gözlənilməz olduğundan pilləkanın əvvəlində əlini kürəyimdə hiss eləməyimlə özümü aşağı pillələrdə görməyim bir oldu. Elə bil əsl döyüşçü zərbəsinin təsirindən pilləkanın yuxarısından aşağısınadək surətlə enərək yıxılmamaq üçün özümü güclə saxladım. Halbuki məqsədi sadəcə isti münasibət göstərmək idi. Bu əhvalatı daha sonra dostlarımızın ətrafında danışaraq zarafatlaşırdıq. 

Uşaqlıqda yaradıcılığa həvəs göstərən Əliyar və Səttar musiqi dərsləri almışlar. Övladları danışır ki, ataları Əliyar kamança sinfinə, əmiləri Səttar isə tar sinfinə getmiş, sənətin incəliklərinə yiyələnmişlər. Hətta Əliyar Əhməd Bakıxanovun ansamblında çıxış etmiş və bir çox yerlərə ifa üçün dəvət almışdır. Təranə atasının yeni musiqi eşidən kimi onu dərhal həm kamança, həm də fortopianoda ifa etməyini xatırlayır.  O, deyir ki, atasının musiqi duyumu o qədər gözəldir ki, istənilən musiqini eşidən kimi dərhal təqdim edə bilirdi. Musiqi hisslərin nitq ilə ifadə oluna bilməyən obrazlı ifadəsidir. Görünür, Əliyar da hisslərini notlara çevirərək hər iki musiqi alətində çatdırmağa çalışırdı. O, bugün də Azərbaycan milli musiqisinə, xüsusilə, muğama böyük dəyər verir, asudə vaxtını keçirdiyi Şüvəlan bağlarının həzin mehi müşayətində, nar ağacı kölgəsində telefonuna yüklədiyi müxtəlif janrlı muğamlara qulaq asaraq fikrə dalır. Bu bağda onun övladlarının uşaqlığı özünün isə cavanlığı keçib. Xatırlamalı o qədər məqamlar var ki... Bütün yayı birlikdə keçirən Zaur, Təranə, onların dayı uşaqları Aynur, Aytən, Baxış Əliyarın işdən əlidolu qayıtmasını səbirsizliklə gözləyər, o, işdən gələn kimi qucağına qaçardılar. Bütün uşaqlar müdafiə olunmaq üçün ona müraciət edərdilər. 

Eyni iş yerində qazanılan 50 illik təcrübə günümüzdə nadir rastlaşdığımız hadisələrdəndir. Əliyarın baş texnik kimi Azərbaycan dövlət Televiziyasına bu illər ərzində verdiyi töhfə danılmazdır. 80-ci illərdə Əliyar çalışdığı dövlət televiziyasından Moskvaya 2 illik ezamiyyətə göndərilir. Qayıtdıqda Məlahət adlı həkim qızla tanış olur. Daha doğrusu, tanış olmur, birbaşa evlilik təklifi edir. Əliyar uşaqlıqdan riyaziyyatı yaxşı bilirdi, hətta ali məktəbə qəbul zamanı da məhz riyaziyyatdan göstərdiyi yüksək nəticə onun Universitetə qəbul olunmasına vəsilə olur. Deyirlər, riyaziyyat dəqiq elm olduğundan, onu yaxşı bilənlər də dəqiq, açıqsözlü və konkret insanlar olurlar. Təsadüfi deyil ki, Əliyar Məlahəti görər-görməz “Adım Əliyar, yaşım 30, maaşım 130” deyərək evlənmə təklifi etmiş və qətiyyətilə onun qəlbini ovsunlamışdır. Məlahət xanım həyat yodaşının nəinki ailə üzvlərinə, həmçinin onu əhatə edən bütün insanlara qarşı həmişə diqqətli olduğunu vurğulayır. Bir dəfə keyfinin olmadığı vaxtda deyibmiş ki, qutab istəyir. Elə onu görüb ki, Əliyar qısa müddət ərzində xəmir yayıb, onun üçün ləzzətli qutab bişirib. O qutabın dadı damağından hələ də getməyib.      


Əliyar hələ kiçik yaşında xəstəlikdən itirdiyi bacısının adını əbədiləşdirmək üçün sevimli qızına Təranə adını verir. Həm Təranənin həm də oğlu Zaurun hər bir işində özü yaxından iştirak etmiş, onların inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Övladlarının uşaqlığı 90cı illərə təsadüf etdiyindən bir ata kimi o dövrün cəmiyyətə yaşatdığı əziyyətləri hiss etdirməməyə çalışmış, onları məqsədyönlü şəkildə istiqamətləndirərək Təranənin həkim, Zaurun isə riyaziyyat üzrə elmlər doktoru adına layiq görülməsinə nail olmuşdur. Təranə deyir ki, o, Universitetə hazırlaşan müddətdə atası o qədər onunla sual-cavab edirmiş ki, artıq Zoologiya fənnini əzbərləmişdi. Hətta qəbul imtahanından çıxanda atası həyəcanla Təranənin hansı suala necə cavab verdiyini maraqlananda o, deyir:

  • Sualların biri – “Qurbağanın neçə fəqərəsi var?” idi. Yazdım – 7. 

  • Sən bilmirsən ki, suda-quruda yaşayanların 8 boyun fəqərəsi olur, məməlilərin isə 7?! 

Övladları hər imtahan çıxışında onu görməyə alışmışdılar. Sanki, arxalarınca gedərək həmişə onlara bir ismarıc ötürmək istəyib: “Çağırsaz da, çağırmasaz da, istəsəz də, istəməsəz də, yanınızdayam.”

Əliyar həmin xoşbəxt insanlardandır ki, yubileyi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyi bir dövrə təsadüf edir. 

70 yaşını qeyd edən hörmətli babamızın hələ uzun illər xoş günlərdə süfrə başında əyləşməyi arzu edirik. 



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin