16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
İctimai Şuranın üzvləri məcburi köçkünlərlə görüşüblər
Sosial 30.06.2021 2 039

İctimai Şuranın üzvləri məcburi köçkünlərlə görüşüblər



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvləri Sabunçu rayonu Pirşağı və Ramana qəsəbələrində müvəqqəti məskunlaşmış  məcburi köçkünlərlə görüşüblər. 

Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin payızında ərazilərimizi erməni işğalından azad etməsi nəticəsində məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yarandığı, hazırda həmin ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, minatəmizləmə əməliyyatlarının aparıldığı, infrastruktur layihələrinin icra edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığı ilə bərpa-quruculuq işlərinə başlanılıb, şəhər və kəndlərin yenidən qurulması üçün tədbirlər həyata keçirilir.

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətində  yeni reallıqların nəzərə alındığı, böyük qayıdışa hazırlıq görüldüyü, bu məqsədlə maarifləndirmə və təşviqat tədbirlərinin aparılmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Dövlət Komitəsi və onun yanında fəaliyyət göstərən İctima Şura bu istiqamətdə fəal əməkdaşlıq edirlər. 

İctimai Şuranın üzvləri hər bir köçkünü fərdi şəkildə dinləyib, onların müraciətlərini qeydə alıblar. Bütün müraciətlər Dövlət Komitəsinin aidiyyəti şöbələrinə çatdırılıb. 

Bundan başqa, məcburi köçkünlərin doğma yurda qayıdışı ilə bağlı istək və təkliflərini də bildiriblər. İctimai Şura bununla bağlı hesabat hazırlayaraq Dövlət Komitəsinə təqdim edəcəkdir.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin