16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Azərbaycan əsgəri builki bayramını alnıaçıq, üzüağ qarşılayır
Sosial 27.06.2021 668

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bununla da imperiyanın ilhaq siyasəti bitdi. Min illik dövlətçilik tarixi olan Azərbaycan yeni, milli-xəlqi inkişaf mərhələsinə başla­dı. Müstəqilliyin ilk illərində ölkəmizdə siyasi vəziyyət son dərəcə kəskinləşmişdi. Ölkədə vətəndaş qarşıdurması yaranmışdı, dövlət labüd süqut ərəfəsində idi. Belə bir vaxtda xalq kəskin siyasi iradə ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Həmişə xalqa arxalanan, xalqı dövlətçiliyin ən etibarlı müdafiəçisi bilən ulu öndər hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın dövlətçiliyi xilas edildi.


Böyük tarixi şəxsiyyət 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi. Bu, dövlətçiliyin qorunması­na yönəldilən çağırış idi. Xalq bu çağırışı müqəddəsliyin müdafiəsi kimi qəbul etdi. Minlərlə könüllü torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılmaq üçün ordu sıralarına gəldi.

Xatırladaq ki, həmin müraciətdən bir gün əvvəl Prezidentin müvafiq fərmanı ilə Dövlət Müdafiə Şurası yaradılmışdı. Ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Ölkə müharibə şəraitində olduğu üçün səfərbərliyin təşkili, ölkənin suve­renliyini qorumağa qadir olan ordunun döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı­nın təkmilləşdirilməsini, sosial şəraitin yaxşılaşdırılmasını əhatələyən tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Azərbaycan dövlətçiliyinə sonsuz sədaqətlə xidmət edən bu tədbirlər Azərbaycanın suve­renliyinin, müstəqilliyinin qarantı olan Silahlı Qüvvələrimizin nizami ordu kimi formalaşmasında son dərəcə gərəkli oldu. Ulu öndər hələ Azərbaycanda birinci hakimiyyəti dövründə dahiyanə uzaqgörənliklə sonralar Cəmşid Naxçı­vanski adına Hərbi Lisey adlandırılacaq ibtidai hərbi məktəb yaradılmasına nail olmuşdu. O zaman belə bir məktəbin yaradılmasına Moskva icazə verməzdi. Mərkəzin qanunlar sistemi, siyasi təsir vasitələri müxtəlif bəhanələrlə bu qərarın ləğvinə yönəldilsə də Heydər Əliyev dühasından güclü ola bilmədi.

C.Naxçıvanski adına Hərbi Lisey müstəqillik illərində də Azərbaycanda hərbçi kadrların hazırlığında böyük baza oldu, bu məktəbin məzunları ali hərbi təhsil alaraq ordumuzda xidmət etdilər. Yəni Azərbaycan Ordusunun formalaş­masında bu məktəbin rolu böyükdür. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində liseyin onlarca məzunu yüksək dövlət təltiflərinə layiq görüldü.

1993-cü il noyabrın 23-də Milli Şu­rada “Müdafiə haqqında” Qanun qəbul edilməsi ordu quruculuğu istiqamətində görüləcək bütün tədbirlərin mahiyyəti üçün hüquqi baza yaratdı.

Azərbaycan Respublikasının Prezi­denti, Ali Baş Komandan Heydər Əliyev yerli müdafiə batalyonlarının buraxılması haqqında sərəncam imzaladı. Bununla da orduda vahid komandanlıq yaradıldı. Yəni nizami ordunun əsası qoyuldu. Məhz buna görə də hərbi ekspertlər Heydər Əliyevi müasir Azərbaycan dövlətçiliyini, həm də müasir Azərbaycanın Ordusunun qurucusu bilir.

Ölkə başçısının 1998-ci il mayın 28-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu, tarixə sədaqətin təzahürü idi. Belə ki, 1918- ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əlahiddə Azərbaycan korpusu yaradılmış­dı, 26 iyun bu səbəbdən tarixə yenidən və həmişəlik yazıldı. Ulu öndər müasir Azərbaycan Respublikasını Azərbaycan Demokratik Cümhuriyyətinin varisi bilirdi, bu baxımdan müasir Azərbaycan Ordusu da Azərbaycan Demokratik Cümhuriyyəti Silahlı Qüvvələrinin varisi idi.

Ulu öndər istər ordunun şəxsi heyətinin, istərsə də ictimaiyyətin qələbə inamını erməni silahlı birləşmələrinin hü­cum əməliyyatlarını dayandırmaqla, onun irəliləməsinin qarşısını almaqla kükrətdi. 1994-cü ilin yanvarın 5-də Horadiz əməliyyatı kimi tarixləşən hücum reallaş­dı. Horadiz əməliyyatında Azərbaycan Ordusu Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad etdi. Bu məğlubiyyət düşmənə bir həqiqəti də başa saldı: Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevdir! Azərbaycan Ordusu güclü ordudur!

Ordu barədə söz düşəndə ulu öndər xüsusi olaraq vurğulayırdı: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”. Bu kəlamlar bəşəri niyyətli, dünyəvi məramlı dövlətin ordusuna, ordu­nun hər əsgərinə ehtiramın ifadəsidir.

1994-cü il mayın 12-də imzalanan atəşkəs ordu quruculuğunu dinamik əsaslarla aparmağa şərait yaratdı. Ulu öndərin rəhbərliyi ilə ordunun mərkəzləşdirilmiş maddi-texniki baza­sı genişləndi və yaxşılaşdırıldı, əsgər və zabitlərin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldildi, ordu quruculuğun­da genişmiqyaslı islahatlara başlanıldı. Ümummilli lider deyirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid ko­mandanlığa tabe olan nizami ordu forma­laşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

Yeri gəlmişkən, 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində də gərəkli islahatlar aparıldı. Belə ki, bu müəssisələrdə tədris NATO standartlarına uyğun aparılmağa başladı. Bu, kursantların hərbi biliklərə daha əhatəli yiyələnməsini təmin etdi. Qətiyyətlə deyə bilərik ki, həmin addım 44 günlük müharibədəki Qələbənin qaza­nılmasında mühüm rol oynadı.

Azərbaycanın müdafiə sənayesi ulu öndərin rəhbərliyi ilə elmi əsaslarla inkişaf etdirilirdi. Bakıda keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində çoxtərəfli əlaqələr yaranır, formalaşırdı. Bu sərgilərdə Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi məhsullarla bir sırada ordu quruculuğunda əldə edilən üstün nailiyyətlər də nümayiş etdirilirdi. Bu isə özlüyündə dünya dövlətlərində Azərbaycanın iqtisadi qüdrəti, ordusu­nun gücü haqqında zəngin təəssüratlar yaradırdı.

Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyev ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyətin siyasi kursunu ordu quruculuğu istiqamətində də dövlətə, dövlətçiliyə böyük sədaqətlə inkişaf etdirdi. Münaqişənin sülh yolu ilə həlli istiqamətində təşəbbüsləri Ermənistanın danışıqlardan yayınması ilə nəticələnirdi. Azərbaycanda münaqişənin sülh yolu ilə həllinə cəhdlərlə bir sırada ordu quruculuğunda da böyük işlər görülür, əsaslı islahatlar həyata keçirilirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən ordumuz böyük nüfuz qazanırdı. Bunun nəticəsində Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına çıxdı.

Ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar nizami ordumuzun formalaşması prosesi­ni hərbi-elmi baxımdan yüksək səviyyəyə qaldırdı. Bu prosesdə ictimaiyyətin də iştirakı təmin edildi. Ordu sıralarına minlərlə gənc gəldi ki, bu da həm ordu­nun gücünün artırılması kimi, həm də ordu – ictimaiyyət münasibətlərinin daha da möhkəmləndirilməsi kimi gərəkli oldu.

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi, hərbi texnikalarla, atıcı silahlarla, uçuş aparatları ilə və s. təchiz edilməsi, müasir standartlara uyğun, bütün infrastruktur­lara malik yeni hərbi şəhərciklərin inşa edilməsi, hərbi tələblərə cavab verən təlim poliqonlarının yaradılması, müxtəlif təyinatlı və müxtəlif miqyaslı təlimlərdə uğurla iştirakı ordunun döyüş hazırlığını arzulanan səviyyədə yüksəltdi.

Türkiyə ilə Azərbaycanın aviasiya sahəsində birgə təlimləri “TurAz Qartalı” adlanır və hər il böyük coşqu ilə keçirilir. Azərbaycanlı pilotların peşə hazırlığı, yüksək pilotaja malik olması türkiyəli həmkarlarını qane etməsəydi, belə birgə təlimlər keçirilməzdi. Pilotlarımız Vətən müharibəsində də böyük şücaətlə vuruş­dular. Düşmənin neçə-neçə komanda məntəqəsi, mövqeyi, qruplaşması pilotla­rımız tərəfindən darmadağın edildi.

2016-cı ilin Aprel döyüşləri, əldə edilən qələbələr, Lələtəpə, Bayraqtəpə kimi mü­hüm strateji yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazi işğaldan azad edildi. Bu qələbələr düşmənin əsgər və zabitlərinə müəyyən vahimə də yaşatdı, ordumuzun şəxsi heyətinin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da.

2020-ci ilin iyun döyüşlərində də əks-hücum əməliyyatı ilə yeni ərazilər ələ keçirmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpaqlarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğ­radıldı. Sentyabrın 27-də isə Azərbaycan Ordusunun hissələri Ermənistanın növbəti hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. Bu əməliyyat Vətən müharibəsinin başlanğıcı oldu.

Ordu hissələrimiz qısa müddətdə düşmənin illərlə yaratdığı, müxtəlif vasitələrlə möhkəmləndirdiyi müdafiə sistemini darmadağın etdi, ilk qələbələr qazanıldı.

Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası savaşı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuru­şuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”.

Azərbaycan Ordusu ölkə başçısının bu kəlamlarını döyüşlərdə qələbələrlə təsdiqləyirdi. Gücü ilə, qüdrəti ilə, mənəvi-psixoloji hazırlığı ilə.

Azərbaycan Ordusu Zəfər qazandı.

Biz ordumuzla qürur duyuruq. Bu qürur bəşəri qürurdur.

Səbinə XASAYEVA, Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin