16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Əli Həsənovun oğlu həbs edilə bilər - SƏBƏB
Sosial 26.06.2021 341

Prezident Adminstariyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri, Prezidentin keçmiş köməkçisi Əli Həsənov tutduğu vəzifələrdən kənalaşdırılandan sonra "qara zolağa” düşüb.

OPERATİV24.AZ xəbər verir ki, Əli Həsənov  29 noyabr 2019-cu il tarixdə hakimiyyətin başlatdığı kadr və struktur dəyişiklikləri çərçivəsində görəvlərini itirib. Bundan sonra o, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində çalışıb.

Lakin 19 noyabr 2020-ci il tarixdə onun bu vəzifədən də çıxarıldığı barədə məlumat yayılıb.

Əli Həsənov işdən çıxarılanan sonra ictimai tənqidə məruz qalıb. Tənqidlər əsasən onun media sahəsində atdığı mürtəce addımlarla bağlı olub. 
Yayılan məlumatlarda Əli Həsənovun nəzarətində olan biznes strukturlarının onun əlindən alındığı deyilir. Hətta "Kaspi” qəzetinin artıq ona aid olmadığı barədə məlumatlar var.
Bəzi şirkətlər isə hələ onun nəzarətindədir. Bildirilir ki,  həmin şirkətlərin borcu olduğu üçün hələ Əli Həsənovdan alınmayıb. Borcların bağlanması isə keçmiş şöbə müdirinin üzərindədir.  

"Kaspi Global” MMC-nin məhkəməyə verilməsi iddiaların əsassız olmadığını göstərir. Bu şirkəti "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verib. Məhkəmə çəkişməsinin səbəbi  müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatəndadır.

"Kaspi Qlobal” MMC 27 iyul 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Həsənli Şamxal Əli oğludur. Şamxal Həsənli Əli Həsənovun oğludur.
Bildirilir ki, "Kaspi Global” MMC-nin "Azərkosmos” ASC-yə külli miqdarda borcu var. Bu məsələ həllini tapdıqdan sonra "Kaspi Global” MMC də Əli Həsənovun nəzarətindən çıxacaq. //Hit.az.






Starxeber Bizi instagramda izləyin