Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə OPERATİV24.AZ-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan “BakuBus” MMC-dən izahat tələb olunub. Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
15:30
Bakıda avtobusların iştirakı ilə ağır qəza baş verib.
OPERATİV24.AZ xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.
Hadisə zamanı ölən və yaralananlarla bağlı məlumat yoxdur.