11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Türkiyə-Azərbaycan qardaşlığı
Sosial 21.06.2021 367

Türkiyə-Azərbaycan qardaşlığı




      Türkiyə - Azərbaycan dostluğu dərin köklərə malikdir. Hələ 1918 – ci ildə Azərbaycanda Şərqdə ilk Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə bu Respublikanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. O,nəinki Azərbaycan Cümhuriyyətini tanıdı, həm də yeni yaranmış Respublikanın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycana hərbi yardım da göstərdi. O dövrdə bağlamış Batum sazişi Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyini təmin etdi. 1918 ci il sentyabrın 15 – də Bakının azad edilməsində yüzlərlə türk əsgəri şəhid oldu.

      İki qardaşın   bir - birinə köməyi həmişə qarşılıqlı olub. I Dünya Müharibəsindən sonra türk xalqı çətin zamanlar yaşayırdı. Ordusu dağılmış, silahları alınmış, dövlətçiliyi ləğv olunmaq təhlükəsi qarşısında idi.Türk azadlıq hərəkatının rəhbəri Mustafa Kamal çıxış yolunu qardaş Azərbaycana müraciət etməkdə gördü. Azərbaycan dövləti Türkiyəyə kömək etdi, beləliklə Sovet dönəmində də Azərbaycan – Türkiyə dostluğu yaşadı. İlk rəsmi münasibət quruldu və bu dostluq əbədidir, daima yaşayacaq. Heç bir siyasi hadisə , heç bir dövlətin hədə - qorxusu bu dostluğu sarsıda bilməz. Erməni təcavüzü nəticəsində torpaqlarımız işğal olundu , 30 ilə yaxın düşmən tapdağı altında qaldı. Lakin, bu 30 ildə qardaş Türkiyənin rəhbərləri beynəlxalq tribunalardan Azərbaycan  həqiqətini  bütün dünyaya çatdırdı. Bu illərdə torpaqlarımızın azad olunacağına heç bir türk şübhə etmirdi.

       Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət 44 günlük müharibədə xalqımızı çoxdan gözlədiyi qələbəyə qovuşdurdu. Bu müharibədə də Türkiyə yanımızda oldu, türk birliyi gücünü göstərdi, ordumuz öz qələbəsi ilə bütün dünyaya səs saldı.

      Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan zəfər paradında yanımızda olub, sevincimizi bölüşdü.

       Bununla düşmənlərimizə Türkiyə Azərbaycan dostluğunun əbədi olduğunu sübut etdi. Möhtərəm prezident öz çıxışında dedi “Rəbbim bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm QARABAĞ AZƏRBAYCANDIR! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, 30 ilin həsrəti başa çatmışdır.Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”

     Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfəri çərçivəsində imzalanan sənədlər qarşıdakı illərdə iki dövlət arasında bütün sahələrdə, həm enerji təhlükəsizliyi, həm iqtisadi əməkdaşlıq, həm də dövlət təhlükəsizliyi sahəsində görüləcək işlərin aydın mənzərəsini yaradır.

       2021 – ci il iyunun 15 –i  qəbul edilmiş “Şuşa Bəyannaməsi “Türk dünyasının ən böyük qələbəsidir.”Şuşa Bəyannamə “ si xalqın Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ , Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100 – cü ildönümünə təsadüf etməsinin xüsusi mənası var. Bəyannaməni imzalayarkən prezident İlham Əliyev qeyd etdi: “Tarixi Qars müqaviləsi düz 100 il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır.Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”

      Türk dünyasının iki lideri Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz , kədəri bizim kədərimizdir!” , Heydır Əliyevin isə “Bir Millət iki Dövlət” ifadəsini tarix özü təsdiq edir.Tarix isə ən düzgün analitikdir.

Yaşasın Türkiyə Azərbaycan qardaşlığı, dostluğu, yaşasın türkün gücü ilə abad olan Dünya, yaşasın Egedən Xəzərə qədər, beşikdən məzara qədər TÜRKİYƏ – AZƏRBAYCAN dostluğu !


Almaz Bayramova,

83 saylı məktəb-liseyin direktoru






Starxeber Bizi instagramda izləyin