22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |    
Hadisə 25.01.2021 245

Baku Medical Plaza (BMP) pasiyentin xəstəxanada vəfat etməsi ilə bağlı açıqlama verib.

BMP-dən “Report”a bildirilib ki, Azərbaycan Silahı Qüvvələrinin zabiti, 1982-ci il təvəllüdlü Rəşad Səbzulla oğlu Mahmudov meydana gələn simptomlara görə müraciət etdiyi Hərbi Hospitalda ona beynin mininqioması (xoşxassəli şiş) diaqnozunu qoyulub. Vəziyyətinin anidən pisləşməsi səbəbindən ailəsi Baku Medical Plazaya, yəni özəl xəstəxanaya müraciət edib:

“Dekabrın 15-də neyrocərrah Tural Rəhimli şişin alınması üzrə əməliyyat keçirib. Həkim əməliyyat üçün ödəniş götürməyib. Rəşad Mahmudovun həyat yoldaşı Yuliya xanımın sözlərinə görə, əməliyyatdan bir müddət sonra Rəşadda klebsiella infeksiyası nəticəsində aspirasion pnevmoniya aşkar edilib, nəticədə həkim onu reanimasiyada saxlamaq qərarına gəlib. Rəşad ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulub.

Klinikamızın reanimasiya şöbəsində mütəmadi olaraq infeksiya kontrol şöbəsi tərəfindən infeksiyalara qarşı nümunələr götürülür və bu nümunələrdə adı çəkilən klebsiella virusu aşkarlanmayıb. Bu tip viruslar hər insanın orqanizmində mövcud olan və immun sisteminin aşağı düşməsi ilə üzə çıxan viruslardır. Pasiyentin müalicəsi aspirasion pnevmaniya diaqnozu ilə reanimasiya şəraitində davam etdirilib. Klinika olaraq hərbçimiz üçün əlimizdən gələn hər bir şeyi etdik. Həkim heyəti və tibbi personalın səylərinə baxmayaraq təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı.

Qeyd edək ki, Rəşad Mahmudov səhhəti ilə bağlı Vətən müharibəsində iştirak etməyib”.






Starxeber Bizi instagramda izləyin